Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Valideynlərimin qoyduğu qaydalara münasibətim necə olmalıdır?

Valideynlərimin qoyduğu qaydalara münasibətim necə olmalıdır?

Valideynlərimin qoyduğu qaydalara münasibətim necə olmalıdır?

Yəqin, sənin yaşında olan elə gənclər tanıyırsan ki, onlar evə istədikləri vaxt gəlir, istədikləri vaxt gedirlər, istədiklərini geyinir, dostları ilə kefləri istədikləri yerə, istədikləri vaxt gedirlər. Ola bilsin, onların valideynlərinin başı o qədər qarışıqdır ki, uşaqlarının nə işlə məşğul olduqları ilə maraqlanmağa vaxtları yoxdur.

Müqəddəs Kitaba əsasən, uşağın tərbiyəsinə bu cür yanaşmaq yaxşı nəticə verməyəcək (Süleymanın məsəlləri 29:15). Dünyanın məhəbbətdən kasad olmasının səbəbi, əsas etibarilə, məhdudiyyətlərin qoyulmadığı ailələrdə böyümüş eqoist insanlardır (2 Timoteyə 3:1—5).

Özbaşına qalmış gənclərə qibtə etməkdənsə, çalış, valideynlərinin qaydalarına məhəbbətlərinin və qayğılarının əməldə sübutu kimi yanaşasan. Münasib məhdudiyyətlər qoymaqla onlar xalqına növbəti sözləri deyən Yehova Allahdan örnək götürmüş olurlar:

«Sənə təlim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq» (Məzmur 32:8).