Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Valideynlərimin etibarını necə qazanım?

Valideynlərimin etibarını necə qazanım?

Sən nə edə bilərsən?

Bir fikirləş: bəlkə valideynlərinin etibarısızlığı sənin öz davranışından irəli gəlir?

Müqəddəs Yazılarda deyilir: «Hər sahədə dürüst olmaq istəyirik» (İncil, İbranilərə 13:18). Özündən soruş: «Valideynlərim məndən harada və nə ilə məşğul olduğumu soruşanda onlara nə dərəcədə dürüst cavab verirəm?»

Hadisələrini danışan qızlanı adının üstünə basın.

 Lori  Aytən

 Lori

«Mənim bir oğlandan xoşum gəlirdi və onunla gizlicə İnternetdə yazışırdım. Valideynlərim xəbər tutanda buna son qoymağımı tələb etdilər. Söz verdim ki, bir daha belə şey olmayacaq, amma sözümün üstündə durmadım. Bu hal düz bir il davam etdi; mən oğlanla yazışırdım, çox keçməmiş üstü açılırdı, valideynlərimdən üzr istəyib söz verirdim ki, bir də eləmiyəcəm, amma yenə də edirdim. Axırda iş o yerə gəlib çatdı ki, valideynlərimin mənə olan-qalan etibarı da öldü!»

Səncə, Lori nəyə görə valideynlərinin etibarını itirdi?.

Sən Lorinin valideynlərinin yerində olsaydın, necə davranardın və nəyə görə?

Valideynləri ilə ilk söhbətdən sonra Lori necə davransa daha yaxşı olardı?

 Aytən

«Valideynlərim oğlan məsələsində mənə etibar etmirdilər, indi bunun səbəbini başa düşürəm. Mən iki yaş özümdən böyük olan iki oğlanın hissləri ilə oynayırdım. Onlarla saatlarla telefonda danışır, dostlarla bir yerə toplaşanda isə, demək olar ki, təkcə onlarla ünsiyyət edirdim. Buna görə də, valideynlərim telefonumu bir aylıq əlimdən aldılar və həmin oğlanların olduğu yerlərə ayaq basmağı qadağan etdilər».

Sən Aytənin valideynlərinin yerində olsaydın, necə davranardın və nəyə görə?

Demək olarmı ki, Aytənin valideynlərinin qoyduğu məhdudiyyətlər əsassız idi? Əgər belədirsə, nə üçün?

Valideynlərinin etibarını yenidən qazanmaq üçün Aytən nə etməli idi?

Etibarı yenidən necə qazanmalı?

Sən nə edə bilərsən?

Etibaralayiq yetkin bir insan olmaq üçün, məcazi dillə desək, yeniyetməlikdən pillə-pillə qalxmaq lazımdır

Birincisi, müəyyən dərəcədə etibarı itirdiyin sahəni müəyyən et.

  • Evə vaxtında gəlmək

  • Verdiyin sözün üstündə durmaq

  • Dəqiq olmaq

  • Pulu düzgün xərcləmək

  • Tapşırılan işi görmək

  • Səhərlər öz xoşunla durmaq

  • Otağını səliqəli saxlamaq

  • Düzünü danışmaq

  • Telefona və ya kompüterə az vaxt sərf etmək

  • Səhvlərini boynuna alıb üzr istəmək

  • Digər

İkincisi, göstərdiyin sahədə yaxşılaşmağa çalış? Müqəddəs Kitabın növbəti məsləhətlərinə əməl et: «Əvvəlki davranış tərzinizə xas olan... köhnə şəxsiyyəti əyninizdən [çıxarın]» (İncil, Efeslilərə 4:22). Vaxt keçdikcə inkişafını hamı, o cümlədən valideynlərin də aydın görəcək (İncil, 1 Timoteyə 4:15).

Üçüncüsü, bəlkə, qərarın barədə onlarla danışasan. Danışarkən şikayətlənmək əvəzinə, onların etibarını qazanmaq üçün nə etməli olduğunu hörmətcil tərzdə soruş.

Xəbərdarlıq. Valideynlərinin o dəqiqə güzəştə gedəcəklərini gözləmə. Şübhəsiz ki, onlar verdiyin sözün üstündə duracağına əmin olmaq istəyəcəklər. Bu imkandan istifadə edərək etibaralayiq insan olduğunu sübut et. Vaxt keçdikcə valideynlərin sənə daha çox etibar edəcək və sərbəstlik verəcəklər. Yuxarıda sözləri gətirilən Aytənlə də belə olmuşdur. O deyir: «Etibarı qazanmaq daha çətindir, nəinki itirmək. İndi mənə daha çox etibar edirlər və mən buna çox sevinirəm!»

Yekun vuraq. Etimadı nə qədər çox doğrultsan, bir o qədər sənə etibar edəcəklər.