Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Nəyə görə valideynlərim məni əylənməyə buraxmırlar?

Nəyə görə valideynlərim məni əylənməyə buraxmırlar?

Belə səhnəni təsəvvür et.

Bir partiyə getmək istəyirsən, amma valideynlərinin səni buraxıb-buraxmayacağına əmin deyilsən. Nə edərdin?

  1.  SORUŞMADAN GEDƏRƏM

  2.  NƏ SORUŞAN, NƏ DƏ Kİ GEDƏN DEYİLƏM

  3.  İCAZƏ ALARAM

 1. SORUŞMADAN GEDƏRƏM

Bu varianta hansı əsasları gətirmək olar? Dostların «mama uşağı» olmadığını görməlidirlər. Hesab edirsən ki, hara gedib-getməmək qərarını verən sənsən (Süleymanın məsəlləri 14:18).

Nəticələri. Ola bilsin, dostların sənin bu hərəkətinə heyran olacaq, ya da ki, biləcəklər ki, sən adam aldadansan. Əgər valideynlərin bundan xəbər tutsa, bir də səni heç yerə buraxan deyillər (Süleymanın məsəlləri 12:15).

 2. NƏ SORUŞAN, NƏ DƏ Kİ GEDƏN DEYİLƏM

Bu varianta hansı əsasları gətirmək olar? Götür-qoy edəndən sonra başa düşmüsən ki, ora getsən, öz prinsiplərinə zidd gedəcəksən. Yaxud da ora nalayiq hərəkətlərə yol verən uşaqların gələcəyindən xəbərdarsan (İncil, 1 Korinflilərə 15:33; Filipililərə 4:8). Digər tərəfdən, yenə də getmək arzusundasan, amma bunu valideynlərinə deməyə tərəddüd edirsən.

Nəticələri. Əgər çağırıldığın yerə getməyin pis fikir olduğunu hesab edirsənsə, onda dostlarına «yox» deməyə sənin üçün çətin olmayacaq. Amma əgər valideynlərindən icazə almağa cəsarət etmədiyinə görə getmirsənsə, onda evdə oturacaqsan və qanın qara olacaq.

 3. İCAZƏ ALARAM

Bu varianta hansı əsasları gətirmək olar? Atanla ananın fikrinə hörmət edirsən və başa düşürsən ki, onlara qulaq asmalısan (İncil, Koloslulara 3:20). Sən onları çox istəyirsən və gizlincə getməklə onları kədərləndirmək istəmirsən (Süleymanın məsəlləri 10:1). Həmdə bunun sayəsində onlara öz fikrini bildirə bilərsən.

Nəticələri. Valideynlərin görəcək ki, səni onları sevirsən və hörmətini saxlayırsan. Əgər gətirdiyin əsaslar ağlabatan olsa, səni buraxacaqlar.

Nəyə görə atanla anan «yox» deyə bilərlər?

Çimərlikdəki xilasedicilər kimi, valideynlər «müşahidə məntəqələrindən» təhlükələri aydın görürlər

Belə bir nümunə: əgər seçimin olsaydı, hansı çimərliyə üstünlük verərdin — xilasedici olan, yoxsa olmayan? Yəqin cavab aydındır, çünki suda oynayanda təhlükəni görmək adama çətin olur. Lakin xilasedicilər müşahidə məntəqəsindən köməyə nə zaman ehtiyac olduğunu yaxşı görürlər. Eynilə daha çox təcrübə və biliyə malik valideynlərin görə bilmədiyin təhlükələri aydın görürlər. Sahildəki xilasedicilər kimi, onlar sənin istirahətini korlamaq niyyətində deyillər. Əksinə, həyatını alt-üst edəcək şeylərdən hifz etmək istəyirlər.

Digər səbəb. Valideynlərin hər vəchlə səni qorumaq istəyirlər. Səni sevdikləri üçün mümkün olanda «hə», olmayanda isə «yox» deyəcəklər. Hər dəfə icazə istəyəndə onlar səni buraxıb-buraxmayacaqlarını və nəticə ilə qatlaşa bilib-bilməyəcəklərini özlərində birinci götür-qoy edirlər. Əgər səninlə heç bir pis şeyin baş verməyəcəyinə əmin olsalar, onlar əvvəlcə özlərinə, sonra isə sənə «hə» deyəcəklər.

«Hə» cavabını almaq şansını necə artırmaq olar?

Bunlar sənə kömək edə bilər:

Dürüstlük. Özündən soruş: «Mən ora nəyə görə getmək istəyirəm? Sadəcə olaraq vaxtımı xoş keçirmək istəyirəm, yoxsa başqalarından fərqlənməyə qorxuram? Bəlkə, ora xoşuma gələn bir nəfər gələcək?» Valideynlərinlə də dürüst ol. Onlar da nə vaxtsa sənin yaşında olublar və səni çox yaşı tanıyırlar. Buna görə də onlar, ola bilsin, əslində nə istədiyini yaxşı başa düşəcəklər. Açıq olmağın onların xoşuna gələcək. Sən də öz növbəndə valideynlərinin bilik və təcrübələrindən yararlana biləcəksən (Süleymanın məsəlləri 7:1, 2). Ancaq aldatmağa çalışsan, onların etibarını itirəcək və heç yerə getməyəcəksən.

Düzgün məqam. Atanla anan işdən yorğun gələndə və ya hər hansı işə başları qarışanda icazə almağın yeri yoxdur. Başqa vaxt seç. Digər tərəfdən, son ana qədər gözləyib sənə həmən cavab vermələri üçün onlara təzyiq göstərməyə çalışma. Çox ehtimal ki, onlar tez-tələsik qərar verən deyillər. Fikirləşməyə vaxtları olsun deyə, istəyini əvvəlcədən bildir.

Konkretlik. Nə ilə məşğul olacağını konkret de. Onlara «variant gəlmə»! «Bilmirəm» cavabı onları qane edən deyil, ələlxüsus da əgər ora kimlərin gələcəyini, böyüklər nəzarətinin olub-olmayacağını və nə vaxt qayıdacağını soruşurlarsa.

Əhval-ruhiyyə. Valideynləri özünə düşmən kəsmə. Onlara komanda yoldaşların kimi bax; əslində götürəndə, bu, belədir. Başa düşsən ki, valideynlər sənin tərəfindədirlər, «güclə» onların razılığın almaq ehtiyac olmayacaq. Bəlkə, gələn dəfə onlar sənə «hə» dedilər.