Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Təkamül, yoxsa yaradılış? III hissə. Yaradılışa niyə inanıram?

Təkamül, yoxsa yaradılış? III hissə. Yaradılışa niyə inanıram?

«Əgər sən yaradılışa inanırsansa, camaat sənə elə baxır ki, sanki sən kütbeyinsən, valideynlərinin danışdığı nağıllara inanan balaca uşaqsan, ya da ki dini təlimlərlə sənin beynini yuyublar» (Canet).

Sən də Canetin keçirdiyi hissləri keçirirsən? Əgər elədirsə, yəqin ki, yaradılışla bağlı şübhələrin olub. Hər şey bir tərəfə, heç kəsə başqalarının ona geridəqalmış kimi baxması xoş deyil. Bəs belə vəziyyətdə nə edə bilərsən?

 Etiqadına qarşı irəli sürülən etirazlar

1. Yaradılışa inanırsansa, insanlar elə düşünəcəklər ki, sən elmə qarşısan.

«Müəllimim deyirdi ki, yaradılışa inan insanlar dünyadan baş açmaq istəməyən, nələri isə izah etməkdən qaçan tənbəl insanlardır» (Mariya)

Bilməyin vacibdir. Belə iddia irəli sürənlər faktlardan xəbərsizdirlər. Qalileo və İsaak Nyuton kimi tanınmış alimlər yaradılışa inanırdılar. Onların imanı elmə olan sevgilərinə mane olmurdu. Bu gün də elə alimlər var ki, onların yaradılışa olan imanları elmlə məşğul olmalarına mane olmur.

Təklif: «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI»nda axtarış bölməsinə «imanı barədə danışır» ifadəsini yazıb axtarış apar. Yaradılışa inanan, eyni zamanda tibb və elm sahəsi ilə məşğul olan insanların müsahibələrini oxu. Gör onlar nəyə görə yaradılışa inanırlar.

Yadda saxla: Yaradılışa inanmağın elm düşməni olduğunu göstərmir. Əslində, təbiət haqda öyrəndikcə sənin yaradılışa olan imanın möhkəmlənəcək (Romalılara 1:20).

2. Sən Müqəddəs Kitabdakı yaradılışla bağlı yazılanlara inansan, insanlar fikirləşəcəklər ki, sən dini fanatiksən.

«Çox insana yaradılışa inanmaq güləməli gəlir. Onların fikrincə, Müqəddəs Kitabda yaradılışla bağlı yazılanlar sadəcə bir nağıldır» (Jasmin).

Bilməyin vacibdir. Əksər insanlarda Müqəddəs Kitabda yaradılış haqda qeyd olunan məlumatla bağlı yanlış fikirlər mövcuddur. Misal üçün, bəzi kreasionistlər iddia edirlər ki, yerin yaranma tarixi elə də qədim deyil və ya dünya hər biri 24 saat olan altı günə yaradılıb. Müqəddəs Kitab bu fikirləri dəstəkləmir.

  • Yaradılış 1:1 ayəsində sadəcə olaraq belə deyilir: «Başlanğıcda Allah göyü və yeri yaratdı». Bu sözlər dünyanın milyard ildir mövcud olduğuna dair elmin irəli sürdüyü sübutlara zidd getmir.

  • Yaradılış kitabında istifadə olunan «gün» sözü uzun bir dövrə aid ola bilər. Misal üçün, Yaradılış 2:4 ayəsindəki «gün» sözü altı yaradılış gününün hamısına aiddir.

Yadda saxla. Müqəddəs Kitabın yaradılışla bağlı olan fikirləri elmi faktlarla uğunluq təşkil edir.

 Etiqadın haqda fikirləş

Yaradılışa inanmaq nəyəsə kor-koranə inanmaq deyil. Əksinə, məntiqi şəkildə yürüdülmüş mülahizəyə əsaslanır. Aşağıdakıların üzərində düşünün.

Bu vaxta qədər həyat sənə çox şey öyrədib. Ətrafında nələrə isə baxanda başa düşürsən ki, onlar öz başına yarana bilməz. Misal üçün, bir kamera, təyyarə və ya bir ev görəndə, təbii olaraq fikirləşirsən ki, bunlar kiminsə əl işidir. Bəs onda nəyə görə insan gözünə, səmada uçan quşlara və ya Yer kürəsinə baxanda belə fikirləşməyəsən?

Fikirləş. Çox vaxt mühəndislər təbiətdə gördükləri heyrətamiz şeylərdən bəhrələnərək yeni-yeni ixtiralar edirlər və onlar haqlı olaraq istəyirlər ki, öz ixtiraları ilə tanınsınlar. Ortaya məntiqli olaraq belə bir sual çıxır: əgər biz ixtiraçıları və onların ixtiralarını qəbul ediriksə, onda Yaradan Allahı və Onun möhtəşəm şeylər yaratdığını niyə qəbul etməyək?

Təyyarəni kiminsə düzəltdiyini fikirləşib, quşu isə heç kimin yaratmadığını fikirləşmək məntiqlidir?

 Dəlilləri araşdırmaq üçün köməkçi vasitələr

Sən təbiətdəki dəlillər vasitəsi ilə yaradılışa olan inancını möhkəmləndirə bilərsən.

Təklif: «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI»nın axtarış bölməsində «Təkamül, yoxsa yaradılış möcüzəsi?» ifadəsini yazıb axtarış apar. «Oyanın!» jurnalının eyni adlı rubrikasından sənin üçün maraqlı olan məqalələri seç. Hər məqalədə təbiətlə bağlı müzakirə olunan mövzuların hansı sahəsinin sənin üçün daha maraqlı olduğunu özün üçün müəyyənləşdir. Və fikirləş gör bu biliklər Yaradanın olduğuna səni necə əmin edə bilər?

Dərindən araşdır: Yaradılışla bağlı dəlilləri daha dərindən araşdırmaq üçün aşağıdakı broşüralardan yararlan.

  • «Həyat necə yaranıb?» (Rus və ya türk dilində)

    • Yer kürəsi həyatın olması üçün mükəmməl yerdir və yaşamaq üçün lazım olan hər şeylə təchiz olunub. (Səhifə 4—10)

    • Təbiət dizayn nümunələri ilə doludur. (Səhifə 11—17)

    • Müqəddəs Kitabın Yaradılış bölməsində dünyanın yaranması ilə bağlı məlumatlar elmlə uyğunluq təşkil edir. (Səhifə 24—28)

  • «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab»

    • Həyat cansız maddələrdən özbaşına əmələ gələ bilməz. (Səhifə 4—7)

    • Canlıların quruluşu təsadüf nəticəsində əmələ gəlməyəcək qədər çox mürəkkəbdir. (Səhifə 8—12)

    • DNT-nin məlumat saxlama həcmi müasir texnologiyanın nailiyyətlərini ötüb keçir. (Səhifə 13—21)

    • Həyat növlərinin hamısının bir əcdadı olmamışdır. Paleontologiya elmi əsas heyvan növlərinin tədricən yox, eyni anda meydana gəldiyini dəstəkləyir. (Səhifə 22-29)

«Allahın varlığına məni ən çox canlılar aləmi, təbiət əmin edir. Yer kürəsində heyvanlardan tutmuş, kainata qədər hər şeydə nizam-intizam hökm sürür» (Tomas).

Əlavə məlumat

OYANIN!

Müqəddəs Kitabda yaradılış haqda nə deyilir?

Müqəddəs Kitabda altı yaradılış günündən söhbət açılır. Bu günlər 24 saatdan ibarət olub?

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ)

Xilqət Xaliqdən xəbər verir

Başqalarına Yaradan haqqında həqiqəti anlamağa necə kömək etməyi, həmçinin Ona imanımızı necə möhkəmləndirə biləcəyimizi öyrənin.

İLAHİ MÜJDƏ

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.