Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Spirtli içki ilə bağlı nələri bilməliyəm?

Spirtli içki ilə bağlı nələri bilməliyəm?

Müqəddəs Kitabda qanun yol verdiyi halda tarazlı şəkildə spirtli içki içmək qadağan olunmur. Lakin sərxoşluq qadağan olunur (Zəbur 104:15; 1 Korinflilərə 6:10).

Yaşadığın ölkənin qanunu və ya valideynlərin spirtli içki içməyə icazə vermədiyi halda kimsə sənə spirtli içki təklif edirsə, nə etməlisən?

  • İçkili halda başına nə gələcəyini düşün

  • Müdrik davran

  • Həmyaşıdların nə deyir?

İçkili halda başına nə gələcəyini düşün

Həmyaşıdlarından bəziləri düşünə bilərlər ki, xoş vaxt keçirmək üçün içki içmək lazımdır. Bəs içəndən sonra nə olacaq?

  • Hüquqi problem. Yaşadığın ölkədə qanun spirtli içki içməyə icazə vermir, ancaq sən içirsənsə, onda səni cərimələyə, cinayətkar hesab edə bilərlər. Həmçinin sürücülük vəsiqən əlindən alına və sənə icbari iş kəsilə bilər, hətta həbs də edilə bilərsən (Romalılara 13:3).

  • Adına ləkələyərsən. İçkili adam özündə olmur. O, sonradan peşman olacağı sözlər deyə və ya hərəkətlər edə bilər (Məsəllər 23:31—33). Sonra sənin bu hərəkətlərin və sözlərin sosial media vasitəsilə yayılar və adın ləkələnə bilər.

  • Özünə hakim ola bilməzsən. İçkinin təsiri altında sən asanlıqla fiziki və cinsi hücuma məruz qala bilərsən. Belə vəziyyətdə başqalarının təsirinə qarşı həssas olar, daha çox risk edər və qanunsuz davrana bilərsən.

  • Aludə olarsan. Bəzi tədqiqatlar göstərir ki, yeniyetməlik çağından içməyə başlayan insanlar böyüdükcə onun aludəçisi olur. Darıxanda, yaxud stressdən, təklikdən azad olmaq üçün içəndə insan buna vərdiş edir və bu vərdişdən azad olmaq onun üçün çox çətin olur.

  • Həyatını itirərsən. Son illər Birləşmiş Ştatlarda hər 52 dəqiqədə bir nəfər sərxoş vəziyyətdə maşın sürdüyü üçün qəzaya düşür. Hər beş ildən bir 21 yaşlı 1500 nəfər sərxoş halda maşın və ya motosiklet sürdüyü üçün qəzaya düşür. Hətta sən sərxoş olmasan belə, yanında sərxoş biri varsa, bu da böyük riskdir.

Müdrik davran

Əgər qabaqcadan qədərində içməyə qərar versən, spirtli içki içməyin təhlükəsindən və nəticələrindən qaçmış olacaqsan.

Müqəddəs Kitab prinsipi: «Uzaqgörən bəlanı duyub gizlənər» (Məsəllər 22:3). Spirtli içki içib sükan arxasına oturmaq və ya diqqət tələb edən nə iləsə məşğul olmaq heç də yaxşı fikir deyil.

Qərar ver. Qanunla müəyyən edilmiş yaş həddinə çatmazdan qabaq və münasib olmayan yerdə içki içmək istəsəm də bunu etməyəcəm.

Müqəddəs Kitab prinsipi: «Kimə qul kimi tabe olursunuzsa, onun qulu olursunuz» (Romalılara 6:16). Yaşıdların içir deyə sən də içirsənsə, onların səni idarə etməsinə yol verirsən. Əgər darıxanda və ya stressdən azad olmaq istəyəndə içirsənsə, problemlərini bu yolla həll edə bilməzsən.

Qərar ver. Heç vaxt yol verməyəcəyəm ki, yaşıdlarım spirtli içki içmək üçün mənə təzyiq göstərsin.

Müqəddəs Kitab prinsipi: «Şərab düşkünlərinə... qoşulma» (Məsəllər 23:20). Pis dostlar sənin qətiyyətini sındıra bilər. Sərxoşluq edənlərlə dostluq etməklə özünü riskə atmış olursan.

Qərar ver. Sərxoşluq edənlərlə dostluq etməyəcəyəm.

Həmçinin bax

ÇALIŞMA VƏRƏQƏLƏRİ

Spirtli içki və sən

Yüklə

Əlavə məlumat

MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB

Müqəddəs Kitabda spirtli içki haqda nə deyilir? İçki içmək günahdır?

Allahın Kəlamında şərabın və digər spirtli içkilərin müsbət tərəfləri vurğulanır.