Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Uşaqlar mənə ilişirlərsə, nə edim?

Uşaqlar mənə ilişirlərsə, nə edim?

İlişməyə zərərsiz bir şey kimi baxmamalıyıq. Britaniyada gənclərin intiharı ilə bağlı aparılan araşdırmaya əsasən, yerli kütləvi informasiya vasitələrində yer alan intihar hallarının 40 faizindən çoxuna sataşma səbəb olmuşdur.

 İlişmək nədir?

İlişmək deyildikdə yalnız əl-qol atmaq nəzərdə tutulmur. Bu, özünə aşağıdakıları da daxil edə bilər:

  • Söz atmaq. «Qızlar elə sözlər deyirdilər ki, adamın yeddi qatından keçirdi, — 20 yaşlı Selen deyir. — Mənə qoşduqları adları və ünvanıma dedikləri sözləri heç vaxt unutmayacağam. Onlar mənə qarşı elə hərəkətlər edirdilər ki, özümü lazımsız, istənilməyən, işəyaramayan insan kimi hiss edirdim. Vursaydılar, ondan yaxşı idi».

  • Adam yerinə qoymamaq. «Sinif yoldaşlarım məndən yan gəzirdilər, — 18 yaşlı Heyli deyir. — Yeməkxanada özlərini elə aparırdılar ki, guya onların stolunda yer yoxdur. İl boyu ağlayırdım və təkcə yemək yeyirdim».

  • Kiberxuliqanlıq. 14 yaşlı Deniel deyir: «Kompüterdə yazılan bir-iki sözlə insanın adını batırmaq, hətta onun həyatını məhv etmək olar. Bu, şişirdilmiş kimi səslənsə də, həqiqətdir!» Kiberxuliqanlığa telefon vasitəsilə ədəbsiz şəkillər və ya mesajlar göndərmək də daxildir.

 İnsanlar nəyə görə başqalarına ilişirlər?

Geniş yayılmış səbəblərin bəziləri:

  • Onların özlərinə ilişiblər. Antonio adlı bir gənc oğlan etiraf edir: «Uşaqların əlindən boğaza yığılmışdım. Buna görə özümü gözə soxmaq üçün mən də başladım ona-buna sataşmağa. Lakin geriyə dönüb baxanda nə qədər səhv hərəkət etdiyimi başa düşdüm!»

  • Pis nümunə. Cey Makqrou «Xuliqanlarla rəftar etmə qaydaları» kitabında yazır: «Çox vaxt gənc xuliqanlar valideynlərinin, böyük qardaş və bacılarının, ya da digər qohumlarının hərəkətlərini təkrarlayırlar» («Life Strategies for Dealing With Bullies»).

  • Onlar özlərini elə aparırlar, guya superdirlər, amma, əslində, özlərinə əmin deyillər. Barbara Koloroso «Xuliqan, qurban və izləyici» kitabında qeyd edir: «Bəzi uşaqlar başqalarını ələ salmaqla hamıdan üstün olduqlarını sübut etməyə çalışırlar, amma, əslində, bu, dərin yaraları və yararsızlıq hissini gizlətmək üçün bir maskadır» («The Bully, the Bullied, and the Bystander»).

 Çox vaxt kimlər hədəf seçilir?

  • Qaynayıb-qarışmayanlar. Ünsiyyət qurmaq bacarıqları zəif olan bəzi yeniyetmələr özlərini başqalarından təcrid edirlər və xuliqanlar üçün asan hədəfə çevrilirlər.

  • Başqalarından seçilənlər. Çox vaxt zahirən, milliyətcə, dini cəhətdən başqalarından fərqlənən, ya da fiziki qüsuru olan uşaqlar hədəf seçilir — təki səbəb olsun.

  • Özlərinə inamı olmayanlar. Xuliqanlar özlərinə hörmət hissi aşağı olanları tez müəyyən edirlər. Çox vaxt məhz belə gənclər hədəf olur, çünki, ümumi götürdükdə, onlar heç nə etməyəcəklər.

 Sənə ilişirlərsə, nə edə bilərsən?

  • Fikir vermə. Kayli adlı bir gənc qız deyir: «İnsanın başqasına ilişməkdə məqsədi qarşısındakını özü barədə pis fikirləşməyə vadar etməkdir. Lakin görəndə ki, ona fikir verən yoxdur, həvəsi ölür». Müqəddəs Kitabda deyilir: «Hikmətli səbirli dayanar» (Süleymanın məsəlləri 29:11).

  • Heyf çıxma. Heyf çıxmaq problemi həll etmir, əksinə, onu daha da mürəkkəbləşdirir. Müqəddəs Kitabda deyilir: «Heç kimə pislik əvəzinə pislik etməyin» (Romalılara 12:17; Süleymanın məsəlləri 24:19).

  • Uzaqgörən ol. Mümkün qədər xuliqanlardan və təhlükəli yerlərdən uzaq dur (Süleymanın məsəlləri 22:3).

  • Gözlənilməz cavab ver. Müqəddəs Kitabda deyilir: «Həlim cavab hirsi yatırar» (Süleymanın məsəlləri 15:1).

  • Zarafata sal. Əgər kimsə sənə kök olduğunu deyirsə, çiyinlərini çəkib belə cavab verə bilərsən: «Yaxşıdır da, külək aparmayacaq».

  • Çıx get. 19 yaşlı Nora deyir: «Özünü ələ almaq bacarığı yetkinlikdən xəbər verir və göstərir ki, insan onu ələ salandan qat-qat güclüdür, həmçinin ondan fərqli olaraq, özünə hakim olmağı bacarır».

  • Özünəinam hissini artır. Rita aldı bir qız deyir: «Sənin özünü gərgin hiss etməyin bu insanların nəzərindən qaçmır. Onlar fürsətdən istifadə edərək olan-qalan özünəinam hissini də öldürməyə çalışacaqlar».

  • Kiməsə de. Bir araşdırmaya əsasən, kiberxuliqanlığın qurbanı olanların yarıdan çoxu utandıqları (xüsusilə də oğlanlar) və ya xuliqanın qisas alacağından qorxduqları üçün bu haqda heç kəsə heç nə demir. Amma yadda saxla: susmaqla sən xuliqanın dəyirmanına su tökmüş olursan. Bu haqda kiməsə danışmaqla işgəncəyə son qoymaq istiqamətində birinci addımını atacaqsan.