Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Pornoqrafiyaya baxmaq vərdişindən necə azad olum?

Pornoqrafiyaya baxmaq vərdişindən necə azad olum?

Aşağıdakıları edə bilərsən:

Pornoqrafiyanın nə olduğunu başa düş. Pornoqrafiya vasitəsilə Şeytan Allahın təmiz və ləyaqətli hesab etdiyi işi murdarlamaq niyyətini güdür. Bunu anlamaq sənə «şərə nifrət» etməyə kömək edəcək (Zəbur, Məzmur 97:10).

Nəticələri haqda düşün. Pornoqrafiya onun səhnələrində iştirak edən insanların ləyaqətini alçaldır. Ona baxanları pozğun edir. Elə buna görə də Müqəddəs Yazılarda deyilir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, cahil isə irəli çıxar, ziyan tapar» (Süleymanın məsəlləri 22:3).

Özünə söz ver. «Gözlərim üçün əhd etmişəm, gözüm bir qıza baxarmı?» — saleh Əyyub deyir (Əyyub 31:1). Bəs sən özünlə hansı «əhdləri» kəsə bilərsən? Bəziləri bunlardır:

  • Tək olanda İnternetə girməyəcəyəm.

  • Gözlənilmədən açılan erotik saytları bağlayacağam.

  • Əgər birdən yenə pornoqrafiyaya baxsam, yetkin bir dostumla bu haqda söhbət edəcəyəm.

Pornoqrafiyanın bir xüsusiyyəti var: ona nə qədər çox baxsan, bir o qədər də bu vərdişdən azad olmağa çətin olacaq

Allahdan kömək dilə. «Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et», — deyə məzmurçu Allaha duada yalvarırdı (Zəbur, Məzmur 119:37). Allahın istəyi budur ki, sən də pis vərdişə qalib gələsən. Əgər Ondan kömək diləsən, bundan yaxa qurtarmaq üçün O, sənə güc-qüvvə verəcək (İncil, Filipililərə 4:13).

Bu haqda kiminləsə danış. Problemini başqası ilə bölüşməklə bu vərdişin öhdəsindən gəlməkdə ilk addımı atmış olacaqsan (Süleymanın məsəlləri 17:17).

Unutma: hər dəfə pornoqrafiyaya baxmaq arzusunun öhdəsindən gələndə böyük qələbə qazanırsan. Qələbəyə və verdiyi gücə görə Yehova Allaha öz minnətdarlığını bildir. Pornoqrafiyadan qaçınmağın Allaha xoş gedir! (Süleymanın məsəlləri 27:11).

 

Əlavə məlumat

Gənclərin sualları (cild 1)

Kitabda spirtli içkilər, narkotik maddələr, əxlaq və əks cinslə münasibətlər kimi mövzulara toxunulur.