Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Nə edim ki, kökəlməyim?

Nə edim ki, kökəlməyim?

Müqəddəs Kitab bizə hər şeydə həddimizi bilməyi tövsiyə edir (1 Timoteyə 3:2). Bu prinsip sənin qidalanma vərdişlərinə də aiddir. Aşağıdakı məsləhətlər işinə yarıya bilər.

Gördün ki, doymusan, daha yemə. 19 yaşlı Culiya deyir: «Əvvəllər mən kaloriyaları hesablayırdım, ancaq indi toxluq hiss edən kimi yemək yeməyi dayandırıram».

Zərərli qidalardan qaçın. 21 yaşlı Piter öz təcrübəsi ilə bölüşür: «Mən qazlı içkilərdən imtina etdim və bir ayın içində düz 5 kilo arıqladım!»

Düzgün qidalanmamaq vərdişlərini tərgit. 19 yaşlı Erin deyir: «Çalışıram, ikinci dəfə yemək çəkməyim».

Müvəffəqiyyətin sirri. Heç vaxt yemək vaxtını ötürmə! Əks təqdirdə, güclü aclıq hiss edəcəksən və həddindən çox yeyəcəksən.

Kök olduqlarını düşünən insanların bəziləri, əslində, fikirləşdikləri kimi deyillər. Onlar olduqları kimi yaxşıdırlar. Bununla belə, sənə, həqiqətən də, arıqlamaq lazımdırsa, nə edə bilərsən? Ketrin adlı qız öz təcrübəsi ilə bölüşür.

«Yeniyetmə yaşlarında çox kök idim. Bu, mənim heç xoşuma gəlmirdi, güzgüdə özümə baxa bilmirdim.

Vaxtaşırı xüsusi pəhriz saxlayırdım, sonra yenidən kökəlirdim. 15 yaşım olanda öz-özümə dedim: daha bəsdir! Mən yenidən kökəlməmək şərtilə düzgün şəkildə arıqlamaq istəyirdim.

Düzgün qidalanmaq və idman etmək barədə kitab alıb oxudum və orada yazılanları tətbiq etməyə başladım. Özümə söz verdim ki, hərdən qrafikdən kənara çıxsam da, təslim olmayacağam.

Bilirsiniz, nəticəsi necə oldu? Məndə hər şey alındı! Bir ilin içində 27 kiloqram arıqladım və artıq iki ildir ki, bu çəkimi qoruyuram. Bu nəticəni heç gözləmirdim!

Düşünürəm ki, arıqlamağımın sirri pəhriz saxlamaqda deyildi — mən həyat tərzimi kökündən dəyişdim» (Ketrin, 18 yaş).