Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Nə edim ki, əks cins haqda fikirləşməyim?

Nə edim ki, əks cins haqda fikirləşməyim?

Ən azından aşağıdakıları edə bilərsən:

Kiminlə oturub-durduğuna fikir ver. Əgər dostların və ya sinif yoldaşların seks haqqında nalayiq söhbət açırsa və sən də onlara qoşulursansa, onda fikirlərini təmiz saxlamağa sənin üçün çətin olacaq. Sadəcə bu vaxt onlardan uzaqlaşmaqla bu cür söhbətlərdən qaçına bilərsən. Şərt o deyil ki, bunu nümayişkaranə şəkildə edəsən, əks halda səni lağa qoyacaqlar.

Kompyuterinin virusa yoluxmasına yol verərdin? Bəs onda nəyə görə beyninin əxlaqsız fikirlərə yoluxmasına icazə verəsən?

Əxlaqsız əyləncə növlərindən uzaq dur. Müasir zəmanədə bir çox əyləncə növləri insanda yersiz əxlaqsız arzular oyadır. Müqəddəs Yazılarda belə bir çağırış var: «Gəlin bədəni və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək» (İncil, 2 Korinflilərə 7:1). Çalış əxlaqsız seksual arzular oyada biləcək əyləncə növlərindən uzaq durasan.

Yadda saxla: öz-özlüyündə insanın əks cinsə meyl etməsində heç bir pis şey yoxdur. Çünki bu cür istəklə kişi ilə qadını yaradan Allahdır. Lakin Yaradan bu cür münasibətləri ancaq nikah daxilində, ərlə arvad arasında icazə verir. Bunun sayəsində kişi ilə qadın — ərlə arvad bu cür arzularını təmin edirlər. Əgər səndə ara-sıra bu cür istəklər baş qaldırırsa, pozğun insan olduğunu fikirləşmə. Fikirləşmə ki, əxlaqi təmizliyini qorumağa sənin gücün çatmayacaq.

Yekun vuraq. Nə haqda düşünüb-düşünməmək qərarını ancaq sən verirsən. Əgər istəsən, həm fikirlərin, həm də davranışın ləyaqətli ola bilər!

 

Əlavə məlumat

YENİYETMƏLƏR

Gənclərin sualları (cild 1)

Kitabda spirtli içkilər, narkotik maddələr, əxlaq və əks cinslə münasibətlər kimi mövzulara toxunulur.