Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Nə üçün media stereotipə uymamalıyıq? I hissə: qızlar üçün

Nə üçün media stereotipə uymamalıyıq? I hissə: qızlar üçün

Media stereotip nədir?

 Bu sözlərə bax və suallara cavab ver.

Sütun 1

Sütun 2

Məsuliyyətsiz

Məsuliyyətli

Üsyankar

İtaətkar

Ədəbsiz

Ədəbli

Dardüşüncəli

Ağıllı

Qeybətçil

Ağızdan bərk

Yalançı

Dürüst

  1. Hansı sözlər jurnallarda, kinolarda, televizorda gördüyün yeniyetmə qızları təsvir edir?

  2. Hansı sözlər sənin olmaq istədiyin insanı təsvir edir?

Yəqin ki, sənin birinci suala verdiyin cavab 1-ci sütuna, ikinci suala verdiyin cavab isə 2-ci sütuna aiddir. Əgər sən də belə fikirləşirsənsə, demək, media tərəfindən təsvir olunan tipik yeniyetmə qızlardan fərqli olaraq, sən daha da yaxşı davranmağa can atırsan. Təkcə sən belə fikirləşmirsən.

«Kinolardakı yeniyetmə qızlar üsyankar xarakterli qızlar kimi təsvir olunur. Bu da elə təəssürat yaradır ki, guya bizim hamımız zahiri görünüşünə aludə olan, diqqəti özünə çəkmək istəyən, etibarsız qızlarıq» (Erin).

«Kinolarda, televiziya proqramlarında təsvir olunan yeniyetmə qızlar həmişə diqqət mərkəzində olmağı xoşlayırlar. Onların fikri-zikri ancaq xarici görünüşdə, geyimdə, oğlanlarda, məşhur olmaqdadır» (Natali).

«Ümumiyyətlə, içki içməyən, oğlanlarla yatmayan, valideynlərinə qarşı çıxmayan qızlar “bomba” qızlar sayılmır. Bu işləri görməyən qızlar dini fanatik və ya rahibə adlanırlar» (Mariya).

Özündən soruş: geyimim, hərəkətlərim, danışığım, əslində necə insan olduğumu əks etdirir, yoxsa mən mediadakı simaları təqlid edirəm?

Nəyi bilməlisən?

  •   Bəzilərinə elə gəlir ki, onların öz şəxsi fikirləri var, əslində isə onlar mediada gördükləri şeyləri yamsılayırlar. Karen adlı gənc bir qadın deyir : «Belə olduğunu balaca bacımdan bilirəm. O, özünü elə göstərir ki, paltarlardan və oğlanlardan savayı onu heç nə maraqlandırmır. Əslində o ağıllı qızdır və mən bilirəm ki, onun başqa şeylərə də marağı var. Özünü yüngül aparır, çünki fikirləşir ki, belə etsə, dost-tanışları ona yaxşı baxacaqlar. Onun hələ 12 yaşı var».

    Müqəddəs Kitabda deyilir: «Bu zəmanəyə uyğunlaşmayın» (Romalılara 12:2).

  • Stereotiplər heç də bütün qızların olmaq istədikləri şəxsiyyəti əks etdirmir. 15 yaşlı Aleks deyir: «Mediada qızlar təkcə özləri üçün yaşayan, hərdəmxəyal, özünü uşaq kimi aparan insanlar kimi təqdim olunur. Lakin mən fikirləşirəm ki, əksəriyyətimizin pisi yaxşıdan ayırmaq qabiliyyəti var. Həyatımızda oğlanlarla bağlı xəyallar qurmaqdan savayı başqa işlərimiz də var».

    Müqəddəs Kitabda deyilir: «Yetkin adam...ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbranilərə 5:14).

  • Stereotip yeniyetmə qızların yox, reklam industriyasının mənafeyinə xidmət edir. Moda, texnologiya, əyləncə sahəsi öz xeyirləri naminə uşaqları yeniyetmə çağına qədəm qoymağa imkan vermədən, öz təsiri altına salırlar. Bir kitabda deyilir: «Reklamçılar yeniyetmələrdə elə təəssürat yaradırlar ki, son dəb paltarları, bər-bəzək əşyaları, makiyajları, ən son elektron cihazları olmasa, onlar geridəqalmış sayılırlar. Yeniyetmələr şirnikmənin nə olduğunu bilmədən, şirnikdirici reklamlara baxırlar» (12 «Going on» 29).

    Müqəddəs Kitabda deyilir: «Dünyadakı hər şey — cismin istəyi, gözlərin istəyi və varın nümayişə qoyulması Atadan deyil, dünyadandır» (1 Yəhya 2:16).

Fikirləş: Ən məşhur brendlər haqqında həddən artıq fikirləşməyin kimin xeyrinədir? Özünü uşaqlara göstərmək üçün ən son model mobil telefonu almaq istəyirsənsə, bundan kim qazanc əldə edəcək? Reklam şirkətləri səni fikirləşir, yoxsa öz mənfəətlərini?

Necə uzaq dura bilərsən?

  •   Medianın təqdim etdiyi stereotipi təhlil etməyi öyrən. Böyüdükcə gözlə görünəndən daha çox şey görmək bacarığına yiyələnirsən. Ayırdetmə qabiliyyətindən istifadə edərək media stereotipin sənə necə təsir etdiyini fikirləş. 14 yaşlı Alana deyir:«Mediada təsvir olunan tipik yeniyetmə qızlar ifrat dərəcədə makiyaj olunmuş, açıq-saçıq geyinmiş qızlardır. Halbuki bu qızların çoxu başa düşmürlər ki, bu vəziyyətdə gözəl yox, yazıq görünürlər».

  • Necə bir insan olmaq istədiyinə dair qarşına məqsədlər qoy. Məsələn, bu məqalənin əvvəlində müəyyən etdiyin keyfiyyətlər haqqında fikirləş. Bu keyfiyyətlərdən hansına yiyələnmək istəyərdin? Onlara yiyələnməyə və yaxud inkişaf etdirməyə niyə indidən başlamayasan? Müqəddəs Kitab bizə reklamçıların yaratdığı simaları yox, «dəqiq bilik sayəsində yeniləşərək Yaradanın surətini» əks etdirməyi buyurur (Koloslulara 3:10).

  • Yaxşı insanlardan nümunə götür. Bu insan sənin ailə üzvlərin, anan, xalan ola bilər. Digərləri isə yetkin rəfiqələrin və ya tanışların ola bilər. Nümunəvi qadınları Yehovanın Şahidlərinin yığıncağında tapmaq olar (Titusa 2:3—5).

Təklif: «İman örnəkləri» kitabında qadınlara örnək olan Rut, Hənnə, Abiqayil, Əstər, Məryəm və Martanın nümunəsi haqqında oxuya bilərsiniz. «İman örnəkləri» Yehovanın Şahidləri tərəfindən nəşr olunan bu kitabı www.jw.org saytından əldə edə bilərsiniz.

Əlavə məlumat

Xarici görünüşünə aludəsənmi?

Əgər xarici görünüşündən narazısansa, bu məsələyə tarazlı yanaşmaqda sənə nə kömək edəcək?