Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Məktəbi atmağa dəyərmi?

Məktəbi atmağa dəyərmi?

Bir az götür qoy et:

Sənin yaşadığın ərazidə minimum təhsil müddəti neçə ildir? Bəs sən təhsilini tamamlamısan? Əgər Müqəddəs Kitabın «qoy hər kəs hökumətə tabe olsun» əmrini pozaraq təhsilini vaxtından əvvəl dayandırsan, bu, sən tərəfdən müdrik hərəkət olmazdı (İncil, Romalılara 13:1).

Təhsillə bağlı məqsədimə çatmışam? Təhsilin köməyilə hansı məqsədlərə nail olmaq istəyirsən? Əmin deyilsən? Əslində, olmalısan! Əks təqdirdə, qatara minib hara getmək istədiyini bilməyən sərnişinə bənzəyəcəksən. Buna görə də valideynlərinlə « Təhsil almaqda məqsədim» adlı çərçivədəki sualların üzərində fikirləşin. Valideynlərinlə birlikdə müəyyən etdiyiniz məqsədlərə çatmayınca məktəbi atmaq haqqında fikirləşmə.

Məktəbi yarımçıq qoymaq getdiyin yerə çatmamış qatardan tullanmağa bənzəyir

Məktəbi atmaqda niyyətim nədir? Yəqin, sən valideynlərinə maddi cəhətdən kömək etmək və ya Allaha xidmətini genişləndirmək istəyirsən. Xudbinlikdən irəli gələn səbəblər arasında isə imtahandan və dərs oxumaqdan canını qurtarmaq ola bilər. Əsas odur ki, niyyətlərinin arxasında əsaslı səbəblərin, yoxsa eqoist istəklərin durduğunu müəyyən edəsən. Yalnız problemlərdən qaçmaq üçün məktəbi atırsansa, ümidlərin mütləq boşa çıxacaq.

Məktəbi yarımçıq qoymaq lazımi yerə çatmamış qatardan tullanmağa bənzəyir. Ola bilsin, qatarla getmək narahatdır, sərnişinlər də bir o qədər mehriban deyillər. Ancaq əgər sən qatardan tullansan, təbii ki, getmək istədiyin yerə çatmayacaqsan, üstəlik, ağır yaralanacaqsan. Çox ehtimal ki, iş tapmaq çətin olacaq, tapdığın işin isə maaşı məktəbi bitirənlərə nisbətən az olacaq.

Beləliklə, məktəbi yarımçıq qoymaqdansa, orada yaranan problemləri səbirlə həll etməyi öyrən. Böyüyəndə həyatın çətinliklərinə daha hazırlıqlı olacaqsan.

 Təhsil almaqda məqsədim

Təhsilin əsas məqsədi səni iş tapmağa, özünü və quracağın ailəni maddi cəhətdən təmin etməyə hazırlamaqdır (İncil, 2 Salonikililərə 3:10, 12). Nə işlə məşğul olmaq istədiyinə artıq qərar vermisən? Bunun üçün məktəbdə hansı bacarığa yiyələnə bilərsən? Qarşına qoyduğun məqsədə necə nail olacağını bilmək üçün özünə növbəti sualları ver:

  • Hansı güclü cəhətlərə malikəm? (Məsələn, insanlarla dil tapa bilirsən? Əllərinlə işləməyi — nə isə düzəltməyi və ya təmir etməyi xoşlayırsan? Bəlkə, sənin problemləri ayırd etmək və çətin vəziyyətlərdən asan çıxış yolu tapmaq qabiliyyətin var?)

  • Hansı iş güclü cəhətlərimi üzə çıxartmağa imkan yaradacaq?

  • Yaşadığım ərazidə hansı sahələrdə iş tapmaq mümkündür?

  • Gələcəkdə iş tapmaq üçün məktəbdə hansı dərsləri oxumalıyam?

  • Öz məqsədimə çatmaq üçün məktəbdə daha hansı imkanlardan istifadə edə bilərəm?

Yadda saxla ki, sənin məqsədin həyatda yararlı olacaq təhsil almaqdır. Bu səbəbdən, başqa bir ifrata vararaq əbədi tələbəyə — «qatardan düşə bilməyən» və yetkin həyata qədəm qoymaqdan qorxan tələbəyə çevrilmə.

 

Əlavə məlumat

Gənclərin sualları (cild 1)

Kitabda spirtli içkilər, narkotik maddələr, əxlaq və əks cinslə münasibətlər kimi mövzulara toxunulur.