Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Məktəbdən zəhləm gedirsə, nə edim?

Məktəbdən zəhləm gedirsə, nə edim?

Ən azından aşağıdakıları edə bilərsən:

Dərslərə düzgün münasibət. Vəziyyəti hərtərəfli görməyə çalış. Hər halda indi sənə elə görünə bilər ki, heç də bütün fənlərin sənə xeyri olan deyil. Lakin bütün fənlər üzrə ümumi bilik almaqla dünya görüşünü artıra və bunun sayəsində də «hər cür adam»la maraqlı söhbətlər apara bilərsən (İncil, 1 Korinflilərə 9:22). Nə bilirsən, bəlkə nə vaxtsa onların sənə gərəyi oldu.

Məktəbdə oxumaq bəzən keçilməz cəngəlliyə bənzəyir. Lakin zəruri ləvazimatların köməyi ilə özünə yol aça bilərsən

Müəllimə düzgün münasibət. Müəllimin dərsləri maraqsız izah edir? Onda çalış diqqəti onun mənfi cəhətlərinə yox, izah edilən dərsə yönəldəsən. Yadda saxla, ola bilsin, o, bu dərsi başqa siniflərdə artıq yüz dəfə izah edib. Bəlkə elə buna görə illər ötdükcə dərsə marağı əvvəlki səviyyədə saxlamağa ona çətin olur.

Məsləhət. Qeydlər apar. Başa düşmədiyini izah etməyə hörmətcil tərzdə xahiş et. Dərsə həvəs göstər. Başqaları da sənə baxıb həvəsə gələ bilər.

Gücünə inam. Məktəb sənin hansısa gizli qabiliyyətini üzə çıxara bilər. Qədimdə Allahın saleh bəndəsi həvari Pavel Timotey adlı bir gəncə məsləhət edirdi: «Əllərimi sənin üzərinə qoyduğum zaman Allahdan aldığın ənamı alovlandırmağı unutma» (İncil, 2 Timoteyə 1:6). Görünür, gənc Timoteyə Allahdan hansısa ənam və ya qabiliyyət bəxş edilmişdi. Lakin aldığı «ənamı» itirməmək üçün onu inkişaf etdirməli idi. Əlbəttə, oxumaq qabiliyyətin sənə qeyri-adi tərzdə Allahdan verilən ənam deyil. Amma sənin öz qabiliyyətlərin var. Məktəbdə sən onları püxtələşdirə və hətta xəbərin də olmadığın bacarıqlarını üzə çıxara bilərsən.