Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Bütün bu ev tapşırıqlarını necə edim?

Bütün bu ev tapşırıqlarını necə edim?

Sən nə edə bilərsən:

Dərslərini oxumaq üçün yer tap. Diqqətini yayındıran hər şeyi yığışdır. Əgər mümkündürsə, yazı masasının arxasında əyləş. Televizoru yandırma.

Vaxt dördnala çapan at kimidir — onu yüyənləməyi öyrən

Birincisi — ən vacibi. Dərs oxumaq çox vacib olduğundan televizora baxmayacağını qəti qərarlaşdır.

Vaxtı öldürmə. Ev tapşırıqlarını etmək üçün dəqiq cədvəl tut və buna əsasən davran.

Planlaşdır. Hansı fəndən başlayıb qurtaracağını fikirləş. Siyahı tut və hər fənn üçün müəyyən vaxt ayır. Hazırlaşdığın fənnin yanından quş qoy.

Fasilə et. Yorulanda bir az fasilə et. Amma çalış fasilən çox uzanmasın.

Öz gücünə güvən. Yadda saxla: yaxşı oxuyan pis oxuyandan ağlı ilə yox, çalışqanlığı ilə fərqlənir (Süleymanın məsəlləri 10:4). Səndə mütləq alınacaq! Bir az səy göstər və nəticəni özün görəcəksən.