Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Görəsən döymə vurdurum?

Görəsən döymə vurdurum?

 Kənardan bu necə görünəcək?

«Fikirləşirəm ki, bəzi döymələr gözəl sənət əsəridir», — deyə Rayan adlı bir gənc bölüşür.

Döymə vurdurmaq istəməyinin səbəbi döymə vurduranlara münasibətin ola bilər. Məsələn, Cilian adlı bir yeniyetmə deyir: «Mən aşağı sinifdə oxuyanda bir qızın anası öldü. O, yeniyetmə yaşına çatanda anasının adını boynunun arxasına döydürdü. Mənə elə gəlir ki, bu cür döymə qəşəng görünür».

Səbəb nə olursa olsun, dərinə uzunmüddətli döymə vurdurmaq qərarına gəlməzdən əvvəl, oturub yaxşı-yaxşı fikirləşməlisən! Döymə vurdurmağı düşünürsənsə, nələri götür-qoy etməlisən? Hansı Müqəddəs Kitab prinsipləri ən düzgün qərarı verməyinə kömək edə bilər?

 Nələri götür-qoy etməlisən?

Həyati təhlükə varmı? Mayo Klinikasının rəsmi saytında bildirilir ki, «döymə dərini zədələyə bilər, məsələn, dəri infeksiyalarına və sairə xəstəliklərə yol aça bilər. Bəzən döymənin ətrafında qranuloma iltihabı əmələ gəlir. Döymə həmçinin keloidə — çapıq toxumaların inkişaf edib şişə çevrilməsinə gətirib çıxarır». Bundan əlavə, həmin saytda qeyd olunur ki, «döymə vurmaq üçün istifadə olunan cihazdan qana mikrob keçə bilər və insan qanda yaranan müxtəlif xəstəliklərə yoluxa bilər».

Bu, səni necə insan kimi tanıdacaq? İstər-istəməz insanlarda sənin haqqında müəyyən fikir yaranacaq. Döymə səni ya yetkin, etibarlı biri kimi, ya da təcrübəsiz və qeyri-ciddi biri kimi tanıdacaq. Samanta adlı bir yeniyetmə deyir: «Döymə vurdurmuş birini görəndə dərhal məndə həmin insanın əhli-kef olduğu fikri yaranır».

18 yaşlı Melani isə bu barədə fərqli düşünür. O deyir: «Məncə döymə təbii gözəlliyi gizlədir. Bu cür insanlar, sanki, sənin onları olduqları kimi qəbul etməyini istəmir və bu səbəbdən özlərini döymələr altında gizlədirlər».

Bezməyəcəksən ki? Zaman keçdikcə, çəki və ya yaş artdıqca döymə dartılacaq və formasını itirəcək. Cozef adlı gənc oğlan deyir: «Mən vurulan döymənin illər sonra necə göründüyünü görmüşəm, bu heç də yaxşı görsənmir».

«Döymə tez-tez dəbdən düşür. Bir vaxtlar bəyənilən döymə bir neçə ildən sonra gözdən düşə bilər», — deyə Alen bölüşür.

Alen haqlıdır. Bu faktdır ki, insanların yaşı, görünüşü, zövqü və seçimləri dəyişir, amma vurdurduqları döymə dəyişmir. Tereza adlı gənc deyir: «Döymə vurdurmaq mənə yalnız lazımsız bir şey kimi gəlir. İstəmərəm ki, illər sonra peşman olacağım şeylərin arasında o da olsun».

 Müqəddəs Kitabdakı hansı prinsipləri tətbiq etmək olar?

Yetkin insan qərar verməzdən qabaq bütün faktları ölçüb-biçmək üçün vaxt ayırır (Məsəllər 21:5; İbranilərə 5:14). Buna görə də döymə vurdurmaqla bağlı Müqəddəs Kitabın növbəti prinsiplərinə nəzər sal.

  • Koloslulara 3:20: «Ey uşaqlar, hər şeydə valideynlərinizin sözünə qulaq asın, çünki bu, Ağaya xoş gedir».

    Valideynlərinlə yaşayır, amma onlara itaət etmirsənsə, axırın necə olacaq?

  • 1 Butrus 3:3, 4: «Qoy bəzəyiniz zahiri şeylər — saç düzümü, qızıl zinətlər, dəbdəbəli libaslar yox,.. sakit və həlim ruhun çürüməyən libasını geymiş daxili varlığınız olsun».

    Səncə nəyə görə Müqəddəs Kitab daxili varlığa bu qədər önəm verir?

  • 1 Timutiyə 2:9: «Qadınlar... özlərini... abır-həya ilə, ağıl-kamalla bəzəsinlər».

    «Abır-həya» sözünün mənası nədir? Nəyə görə abır-həyalı olmaq bədəninə döymə vurdurmaqdan daha xoş görünür?

  • Romalılara 12:1: «Bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin. Bu yolla siz ağılla ibadət etmiş olacaqsınız».

    Nə üçün belə etməklə sən öz bədənini Allahın gözündə dəyərli etmiş olursan?

Bu faktları nəzərə alaraq, çoxları döymə vurdurmağa pis baxır. Əslində, onlar döymədən daha yaxşı şeylər tapıblar. Yuxarıda adı çəkilən Tereza deyir: «Əgər sənin həqiqətən sevdiyini və ya birinə dəyər verdiyini göstərən ifadə və ya şüar varsa, onda ya bu şüara uyğun yaşa, ya da həmin insanın sənin üçün nə qədər dəyərli olduğunu onun özünə de. Döymə vurdurmaqdansa, inandığın şeylərlə yaşa».

Həmçinin bax