Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Evlənməyə hazırammı?

Evlənməyə hazırammı?

Bu suala cavab verməmişdən əvvəl, sən özünü yaxşı tanımalısan. Misal üçün, aşağıdakı məqamlara diqqət yetir:

Başqaları ilə rəftarın

Valideynlərinlə və bacı-qardaşlarınla yola gedirsən? Tez-tezmi özündən çıxırsan? Belə məqamlarda onlarla kobud danışır və ya atmacalar atırsan? Bəs onlar sənin davranışın haqda nə fikirləşirlər? Ailə üzvlərinlə rəftarın sənin gələcək həyat yoldaşınla necə rəftar edəcəyinə işarə edir (Efeslilərə 4:31).

Davranışın

Necə insansan: nikbin, ya bədbin? Güzəştə getməyi bacarırsan, yoxsa sona qədər dirəşirsən? Vəziyyət gərginləşəndə özünə hakim ola bilirsən? Səbirlisən? Allahın ruhunun bəhrəsini özündə indidən yetişdirsən, gələcəkdə yaxşı həyat yoldaşı olarsan (Qalatiyalılara 5:22, 23).

Pul

Pulla aran necədir? Tez-tez borca girirsən? Bir işdə qərar tuta bilirsən? Əgər tuta bilmirsənsə, problem nədədir: işin özündə, müdirində, yoxsa səndə? Bəlkə, xasiyyətində və ya vərdişlərində nəyisə dəyişməlisən? Əgər bu gün özünü dolandıra bilmirsənsə, quracağın ailəni necə dolandıracaqsan? (1 Timoteyə 5:8).

Allahla münasibətin

Əgər sən Yehovanın Şahidisənsə, Allahla yaxşı münasibəti qorumaq üçün nə edirsən? Allahın Kəlamını oxumaqda, təbliğə getməkdə və yığıncaqda iştirak etməkdə təşəbbüs göstərirsənmi? Ailə quracağın insan yanında ruhən güclü ömür-gün yoldaşının olmasına layiqdir (Vaiz 4:9, 10).

Sən özünü nə qədər yaxşı tanısan, mənfi yox, müsbət cəhətlərini artıracaq insanı tapmaq sənə bir o qədər asan olacaq.