Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Elektron oyunlar barədə nələri bilməliyəm?

Elektron oyunlar barədə nələri bilməliyəm?

 Test

Elektron oyunlar sənayesi ABŞ-a milyardlarla dollar gəlir gətirir. Səncə, ABŞ-da...

  1. Elektron oyunlar oynayanların orta yaş həddi nə qədərdir?

    1. 18

    2. 30

  2. Elektron oyunlar ən çox oynayan kimlərdir: kişilər, yoxsa qadınlar?

    1. 55 faiz kişilər; 45 faiz qadınlar

    2. 15 faiz kişilər; 85 faiz qadınlar

  3. Elektron oyunlar oynayanların arasında hansı qrup insanlar üstünlük təşkil edir?

    1. Yaşı 18 və ondan yuxarı olan qadınlar

    2. Yaşı 17 və ondan aşağı olan oğlanlar

Cavablar (2013-cü ilin statistikasına əsaslanıb)

  1. B. 30.

  2. A. Qadınlar, demək olar ki, oynayanların yarısını — 45 faizini təşkil edirlər.

  3. A. Yaşı 18 və ondan yuxarı olan qadınlar oynayanların 31 faizini, yaşı 17 və ondan aşağı olan oğlanlar isə 19 faizini təşkil edir.

Statistika kimlərin elektron oyunlar oynadığını göstərsə də, bu oyunların xeyri və ya ziyanı haqda məlumat vermir.

 Xeyri

Elektron oyunlar barədə aşağıda deyilənlərdən hansılarla razısan?

  • «Bu, ailənə və dostlarına daha yaxın olmağın şən üsuludur» (Ayrin).

  • «Elektron oyunlar reallıqdan qaçmağa kömək edir» (Annett).

  • «Onlar sənə daha tez reaksiya göstərməyi öyrədir» (Kristofer).

  • «Bu oyunları oynayanda adam problemləri həll etməyi öyrənir» (Emi).

  • «Onlar zehni itiləşdirir; düşünmə qabiliyyətini işə salır, planlaşdırmağı və strategiya qurmağı öyrədir» (Entoni).

  • «Bəzi oyunlar dostlarla komanda şəklində işləməyi öyrədir» (Tomas).

  • «Elə oyunlar var ki, məşq etməyə və formada qalmağa kömək edir» (Ceyl).

Ola bilsin, sən burada deyilənlərdən bəziləri ilə ya da hamısı ilə razısan. Videooyunların insanın həm zehni üçün, həm də fiziki sağlamlığı üçün faydası ola bilər. Bəzi oyunlar vaxt keçirmək, yaxud, Annettin dediyi kimi, «reallıqdan qaçmaq» üçün oynanılsa da, bu heç də həmişə pis deyil.

● Müqəddəs Kitabda deyilir ki, «hər şeyin öz vaxtı var», bu, istirahət və əyləncəyə də aiddir (Vaiz 3:1—4).

 Ziyanı

Elektron oyunlar vaxtını çox almır ki?

«Oynamağa başladımsa, əl çəkə bilmirəm. Özümə deyirəm: “Bunu da keçim daha oynamayacağam!” Lakin bir də başımı qaldırıram ki, artıq bir neçə saatdır ki ekranın qabağındayam!» (Annett).

«Videooyunlar xeyli vaxtını ala bilər. Saatlarla oynayandan sonra adama elə gəlir ki, vacib bir iş görüb, beş oyun oynayıb. Amma, əslində, heç nə etməyib» (Serena).

Nəticə. İtirdiyin pulu tapmaq olur, amma vaxtı itirdinsə, onu qaytarmaq olmur. Onda belə çıxır ki, vaxt puldan dəyərlidir. Buna görə imkan vermə ki, səni soysunlar!

● Müqəddəs Kitabda deyilir: «Vaxtınızın qədrini bilin» (Koloslulara 4:5).

Elektron oyunlar düşüncə tərzinə təsir göstərir?

«İnsanlar real həyatda həbs cəzası və ya ölüm hökmü kəsilən cinayət hadisələrini videooyunlarda heç “of” demədən “törədirlər”» (Set).

«Bir çox oyunların qaydalarına görə, hədəfə çatmaq üçün düşmənləri məğlub etmək lazımdır. Bu isə çox vaxt onları dəhşətli şəkildə qətlə yetirmək deməkdir» (Annett).

«Hərdən oyun zamanı heç özün də fərqinə varmadan dostlarına “Öl!” və ya “İndi səni öldürəcəyəm!” kimi sözlər deyirsən» (Natan).

Nəticə. Zorakılıq, pozğunluq və cadugərlik kimi Allahın nifrət etdiyi əməllərlə dolu olan oyunlar oynama (Qalatiyalılara 5:19—21; Efeslilərə 5:10; 1 Yəhya 2:15, 16).

● Müqəddəs Kitabda deyilir ki, Yehova nəinki zorakılıq edənlərə, hətta «zorakılığı sevənlərə nifrət edir» (Məzmur 11:5, Yeni Dünya Tərcüməsi). Elektron oyun seçiminin gələcəkdə necə insan olacağını deməsə də, indi necə insan olduğundan xəbər verir.

Bunun üzərində fikirləş. Bir kitabda deyilir: «Görünür, zorakı videooyunlar uşaqların davranışına daha çox təsir göstərir nəinki televizor. Çünki televizorda qəddar, qaniçən qəhrəmanlara baxırlar, oynayarkən isə həmin qəhrəmanlar onlar özləri olurlar. Oyun oynayarkən biz nə isə öyrənirik, deməli, qəddar videooyunlar uşaqlara qəddarlığı öyrədir» («Getting to Calm»; müqayisə et: Yeşaya 2:4).

 Reallığa qayıt

Bir çox gənclər elektron oyunlara tarazlı yanaşmağı öyrəniblər. İki nəfərin nümunəsinə nəzər salaq.

«Vaxt var idi, düz gecəyarısına qədər oturub oynayırdım. Fikirləşirdim: “Beş saat yatsam da, bəsimdir, qoy bir az da oynayım!” Lakin indi elektron oyunlara adi hobbi kimi baxıram. Ancaq hər şeyin həddini bilmək lazımdır» (Cozef).

«Oynamağı azaldandan bəri bütün işlərimi çatdırıram! Xidmətim yaxşılaşdı, yığıncaqdakılara kömək edirəm və hətta musiqi alətində çalmağı öyrəndim. Sən demə, kompüter oyunlarından başqa, həyatda maraqlı çox şey var!» (Deyvid).

● Müqəddəs Kitabda deyilir ki, yetkin kişi və qadınlar hər şeyin həddini bilirlər (1 Timoteyə 3:2, 11). Əylənmək onlara zövq versə də, dayanmağın vaxtını bilirlər və bunu etmək üçün güclü iradəyə malikdirlər (Efeslilərə 5:10).

Nəticə. Həddini biləndə elektron oyunlar adama zövq verir. Amma imkan vermə ki, onlar sənin vaxtının ağası olsun və ya həyatda ən vacib şeylərdən diqqətini yayındırsın. Oyunda hansısa hədəfə çatmaq üçün sərf etdiyin vaxtını və gücünü niyə də real həyatda hədəfə çatıb qalib olmaq üçün sərf etməyəsən?

Həmçinin bax

ÇALIŞMA VƏRƏQƏLƏRİ

Oynadığım elektron oyunlar

Yüklə