Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Doyunca yatmaq üçün nə edə bilərəm?

Doyunca yatmaq üçün nə edə bilərəm?

Müqəddəs Kitabda deyilir: «Bir ovuc dolusunun gətirdiyi rahatlıq iki ovuc dolusunun gətirdiyi zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (Vaiz 4:6). Kifayət qədər yatmasan, gündəlik işlərində zəifləyəcəksən!

  • «Doyunca yatmayanda heç özümdə olmuram. Diqqətimi heç nəyə cəmləyə bilmirəm!» (Röya, 19 yaş).

  • «Günortadan sonra, saat ikiyə yaxın elə yoruluram ki, az qala, ayaqüstə yatam» (Kristin, 19 yaş).

Əgər doyunca yatmaq alınmırsa, həmyaşıdlarının dediklərinə qulaq as.

Gec yatma. 18 yaşlı Ketrin deyir: «Çalışıram, həmişə vaxtında yatım».

Lazımsız söhbətlərdən qaçın. 21 yaşı olan Riçard deyir: «Hərdən dostlarım gecəyarısına kimi zəng edir və SMS yazırlar, ancaq mən söhbəti qurtarıb, vaxtında yatmağı öyrənmişəm».

Rejimini pozma. «Axır vaxtlar hər gün eyni vaxtda yatıb-qalxmağa çalışıram», — deyə 20 yaşlı Cenifer qeyd edir.

Müvəffəqiyyətin sirri. Ən azı səkkiz saat yatmaq üçün əlindən gələni et.

Bir neçə sadə addım atmaqla çox şeyə nail ola bilərsən. Unutma ki, yaxşı sağlamlığın olsa, gözəl görünəcək, özünü daha yaxşı hiss edəcək və gümrah olacaqsan.

Əlbəttə, müəyyən şeylər səndən asılı olmasa da, fiziki sağlamlığın, demək olar ki, səndən asılıdır. 19 yaşlı Erin deyir: «Sağlamlığın yalnız bir nəfərin — sənin əlindədir».