Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Dostluq, yoxsa romantik münasibət? II hissə: Hərəkətlərim nəyə işarə edir?

Dostluq, yoxsa romantik münasibət? II hissə: Hərəkətlərim nəyə işarə edir?

Dostun söhbət etmək istəyəndə onun yanında olmağa çalışırsan. Vaxt keçdikcə dostlarından biri ilə daha çox söhbət edirsən. Məsələ ondadır ki, bu dostun əks cinsin nümayəndəsidir. Öz-özünə: «Biz sadəcə dostuq», — deyirsən. Arxayınsan ki, dostun da sənin kimi fikirləşir. Bəs narahatçılığa əsas var?

 Nə baş verə bilər?

Əks cinsdən kiminləsə dost olmaqda pis bir şey yoxdur. Amma həmin insana başqalarından fərqli olaraq daha xüsusi münasibət bəsləyirsənsə, onda necə? Belə vəziyyətdə həmin insana elə gələ bilər ki, ona qarşı hisslərin var.

Doğrudan, bu mesajı göndərmək istəyirsən? Gəl heç özünün də xəbərin olmadan düşə biləcəyin vəziyyətlərə baxaq.

  • Kiməsə xüsusi diqqət göstərəndə.

    «Düzdür, başqalarının hisslərini idarə edə bilməzsən. Amma “biz sadəcə dostuq” deyib bütün günü ona zəng etməklə, danışmaqla odun üstünə benzin tökmüş olursan» (Siera).

  • Həmin insanın göstərdiyi diqqəti cavabsız qoymayanda.

    «Mesajlaşmağa mən başlamırdım, ancaq o qızın heç bir mesajını cavabsız qoymurdum. Sonra ona dost gözü ilə baxdığımı başa salana kimi mənimki mənə dəydi» (Riçard).

  • Kiminsə diqqətini özünə cəlb etməyə çalışanda.

    «Bəziləri bu cür münasibətlərə oyun kimi baxır. Onlar ciddi fikirləri olmadan kiminsə hissləri ilə oynayırlar. Fikir vermişəm ki, bu, tez-tez baş verir. Hər dəfə də kimsə əziyyət çəkir» (Tamara).

Yadda saxla. Mütəmadi ünsiyyət və diqqət romantik hisslərə işarə edir.

 Nə üçün bu ciddi məsələdir?

  • Bu, insana əzab verir.

    Müqəddəs Kitabda deyilir: «Uzun intizar ürəyi xəstə salar» (Məsəllər 13:12). Kimsə sənə qarşı romantik hissləri olduğuna işarə etsəydi, sən ondan nə gözləyərdin?

    «Bu zaman sən, sanki, kimisə qarmaqda saxlayırsan. Elə bil balığı qarmağa keçirmisən, amma onu nə dənizə buraxırsan, nə də özünə götürürsən. Bunu münasibətlərə də aid etmək olar. Kiminləsə görüşmək istəməyib onu “qarmaqda saxlayanda” həmin insana çox əzab verirsən» (Cesika).

  • Adına ləkə gətirir.

    Müqəddəs Kitabda deyilir: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4). Sən özündən başqa heç kimi düşünməyən insan haqda nə fikirləşərsən? Bu xasiyyət insana necə ad qazandırır?

    «Qızlarla flirt edən oğlanlardan zəhləm gedir. Belə insan arvadına da xəyanət edər. Bu cür adamlarla oturub-dursan, sən də eqoist olarsan» (Culya).

Yadda saxla. Ciddi fikirləri olmadan kiməsə romantik hisslər bəslədiyinə eyham vuran kəslər həm özlərinə, həm də qarşı tərəfə əzab vermiş olurlar.

 Nə edə bilərsən?

  • Müqəddəs Kitabda deyilir ki, «cavanlara qardaşın kimi», «cavan qadınlara bacın kim» bax (1 Timutiyə 5:1, 2). Əgər bu prinsipə uyğun davransan, əks cinslə dost olaraq qala biləcəksən.

    «Əgər evli olsaydım, kiminsə həyat yoldaşı ilə flirt etməzdim. Buna görə də artıq indidən, subay ikən əks cinslə münasibətdə tarazlı olmağı öyrənməliyəm» (Lia).

  • Müqəddəs Kitabda deyilir: «Söz çox olan yerdə xəta əskik olmaz» (Məsəllər 10:19). Bu prinsip təkcə söhbət etməyə yox, yazışmağa da aiddir. Ünsiyyətin hansı mövzuda və nə dərəcədə tez-tez olduğu da önəmlidir.

    «Görüşmək istəmədiyin qızla hər gün yazışmağa nə ehtiyac var?» (Brayn).

  • Müqəddəs Kitabda deyilir: «Yuxarıdan nazil olan hikmət ilk növbədə safdır» (Yaqub 3:17). Məsələn, qucaqlamağı saf niyyətdən irəli gələn hərəkət kimi də qəbul etmək olar, romantik münasibətin işarəsi kimi də.

    «İnsanlarla dostyana söhbət edirəm, amma çalışıram ki, həm danışığımda, həm də hərəkətimdə arada məsafə saxlayım» (Mariya).

Yadda saxla. Qızla (oğlanla) necə davrandığına fikir ver. Cenifer adlı yeniyetmə deyir: «Yaxşı dostlar tapmaq çətindir. İstəmirəm necə gəldi davranaraq dostluğumu korlayım».

 Məsləhət

  • Kənardan deyilənləri nəzərə al. Əgər kimsə soruşursa ki, «sən filankəslə görüşürsən?», bu onu göstərir ki, sən dostunla çox yaxınsan.

  • Bütün qızlara (oğlanlara) qarşı eyni cür davran. Birini digərlərindən seçib, daha çox diqqət göstərmə.

  • Yazışarkən ehtiyatlı ol. Nə dərəcədə tez-tez mesaj yazdığına, danışdığınız mövzulara və günün hansı saatlarında mesaj yazdığına diqqət yetir. Alis adlı qız deyir: «Gecə vaxtı əks cinsdən olan kiməsə mesaj yazma».

Həmçinin bax

ÇALIŞMA VƏRƏQƏLƏRİ

Sərhəd qoy

Yüklə

Əlavə məlumat

GƏNCLƏRİN SUALLARI

Dostluq, yoxsa romantik münasibət? I hissə: Mən bunu necə qəbul edirəm?

Məsləhətlərə əməl etmək sənə gələn mesajın romantik hisslərlə, yoxsa sadəcə dostluq məqsədilə yazıldığını müəyyən etməyə kömək edəcək.