Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Dostluq, yoxsa romantik münasibət? I hissə: Mən bunu necə qəbul edirəm?

Dostluq, yoxsa romantik münasibət? I hissə: Mən bunu necə qəbul edirəm?

Sənin bir qızdan (və ya oğlandan) xoşun gəlir və əminsən ki, bu hisslər qarşılıqlıdır. Siz bütün günü yazışırsınız, bir yerdəsiniz. Yazışdığın insan bəzən sənə dostluq münasibətlərini aşan mesajlar göndərir.

Və sən qərara gəlirsən ki, münasibətlərinizin nə yerdə olduğunu soruşasan, hisslərinizin qarşılıqlı olub-olmadığına əmin olasan. Aldığın cavab bu olur: «Mən sənə sadəcə dost gözü ilə baxıram».

 Hisslər

«Dəhşət əsəbiləşmişdim! Həm ona əsəbiləşmişdim, həm də özümə! Biz hər gün yazışırdıq. O, mənə diqqət göstərirdi. Təbii olaraq məndə də ona qarşı hisslər yaranmışdı» (Jasmin).

«O qızla mən həmişə bir cütlüyün yanında olurduq. Vaxt keçdikcə, kənardan elə görsənirdi ki, biz də görüşürük. İkimiz saatlarla söhbət edirdik, sonra saatlara yazışmağa başladıq. O, mənə deyəndə ki, məni sadəcə dost gözündə görür və onun başqa biri ilə görüşdüyünü biləndə heç cürə qəbul edə bilmirdim» (Riçard).

«O oğlan mənə hər gün yazırdı və zaman keçdikcə biz ikimizdə bir-birimizlə flirt edirdik. Amma mən ona hisslərimi açıb deyəndə o gülüb dedi: “Mən bu dəqiqə heç kimlə görüşmək istəmirəm!” Mən çox ağladım» (Tamara).

Məsləhət. Kiməsə qarşı hisslərin var və biləndə ki, bu hisslər qarşılıqlı deyil, əsəbiləşməyin, pis olmağın, hətta özünü aldadılmış kimi hiss etməyin normaldır. Stiv adlı gənc deyir: «Bu, mənim başıma gələndə dünyam alt-üst olmuşdu. Sözün əsl mənasında mənə zərbə olmuşdu. Yenidən kiməsə etibar etməyim üçün mənə xeyli vaxt lazım oldu».

 Bu necə baş verə bilər?

Yazışmaqla və sosial media vasitəsilə sənə qarşı hissləri olmayan insana asanlıqla bağlana bilərsən. Gəl görək bəzi gənclər bu haqda nə deyir.

«Kimsə səninlə sadəcə vaxt öldürmək üçün yazışa bilər. Amma sənə elə gələ bilər ki, o, sənə qarşı nəsə hiss edir» (Cenifer).

«Ola bilər insan qarşısındakına romantik hisslər bəsləsin, amma həmin adam sadəcə ünsiyyət etmək, özünə əminliyini artırmaq üçün yazışa bilər» (Ceyms).

«Adicə “gecən xeyrə qalsın” sözləri romantik hisslərlə oxuna bilər, amma bu, nəzakət xatirinə yazılan adi söz də ola bilər» (Heyli).

«Adi smaylik ya xoş münasibət göstərdiyini bildirir, ya da flirt etdiyini. Bəzən mesajı qəbul edən insan bunu flirt kimi başa düşə bilər» (Alisiya).

Məsləhət. Diqqət göstərməklə romantik hisslər bəsləməyi səhv salma. Bunu demək asandır. Çünki Müqəddəs Kitabda da deyilir: «Ürək ən böyük xaindir, xatakardır» (Ərəmya 17:9). Sənin xəyallara qapılmağın qumdan qala düzəltməyə bənzəyəcək. Yadında saxla ki, dalğa gəlib o qalanı yuyub aparacaq.

Nə edə bilərsən?

  •   Obyektiv yanaş. Bir anlıq dayan və münasibətinizi götür-qoy et. Fikirləş: «Onun mənə xüsusi münasibət göstərdiyini düşünməyə əsaslı səbəblərim var?» Hisslərin səni çulğamasına yol vermə (Romalılara 12:1).

  • Aydınlaşdır. Aranızdakı münasibətin adi bir dostluq olmadığı qənaətinə gəlməyinə səbəb olan şeylərin sənin uydurmaların olub-olmadığını müəyyən et. Düşünmə ki, sənin kiməsə qarşı hisslərin varsa, deməli, bu hisslər qarşılıqlıdır.

  • Səbirli ol. Həmin insan açıq şəkildə sənə romantik hisslər bəslədiyini dilə gətirməyincə, bu münasibətlər üçün hədər yerə can qoyma.

  • Özünü aldatma. Müqəddəs Kitabda deyilir ki, «danışmağın öz vaxtı» var (Vaiz 3:7). Əgər həmin insanın səni özünə dostdan daha yaxın hesab edib-etmədiyini bilmək istəyirsənsə, bunu onun özündən soruş. Valeri adlı bir qız deyir: «Əgər hisslər qarşılıqlı deyilsə, yaxşısı budur insanın sənə qarşı hissləri olmadığını bəri başdan öyrənib bir az əzab çəkəsən, nəinki aylar sonra bilib daha çox əzab çəkəsən».

Çıxış yolu. Məsəllər 4:23 ayəsində deyilir: «Ürəyini qoru». Əgər kimdənsə xoşun gəlirsə, həmin adamın da səndən xoşu gəlib-gəlmədiyini müəyyən et. Müəyyən etməzdən öncə romantik hisslərin kök atmasına yol vermək, qaya üzərində bitki böyütmək üçün əlləşməyə bənzəyir.

Əgər həmin insanın sənə qarşı hissləri olduğuna əminsənsə, eləcə də görüşməyə yaşın çatırsa və özünü buna hazır hiss edirsənsə, onda həmin insanla görüşüb-görüşməyəcəyinə qərar verə bilərsən. Yadda saxla, eyni ruhani məqsədləri olan, bir-biri ilə səmimi və dürüst davranan insanların möhkəm nikahı olur (1 Korinflilərə 7:39). Şübhə yoxdur ki, onların arasında yaranan dostluq münasibətləri evlənəndən sonra da davam edəcək (Məsəllər 5:18).

Həmçinin bax

ÇALIŞMA VƏRƏQƏLƏRİ

Dostsunuz, yoxsa...

Yüklə

Əlavə məlumat

Dostluq, yoxsa romantik münasibət? II hissə: Hərəkətlərim nəyə işarə edir?

Dostun başa düşür ki, sən ona dost gözü ilə baxmırsan? Bu məqalədəki məsləhətlərin üzərində fikirləş.