Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Özümə dost tapa bilmirəm. Mən nə edim?

Özümə dost tapa bilmirəm. Mən nə edim?

Aşağıdakıları edə bilərsən:

Birincisi, hansı insanlarla dostlaşa bilmədiyini müəyyən et.

Yaş.

Aşağıdakılarla dostlaşa bilmirəm:

  • həmyaşıdlarımla

  • yaşı məndən çox olanlarla

  • böyüklərlə

Qabiliyyətlər.

Aşağıdakılarla dostlaşa bilmirəm:

  • idmançılarla

  • qabiliyyətli insanlarla

  • bilikli adamlarla

İnsan xüsusiyyətləri.

Aşağıdakılarla dostlaşa bilmirəm:

  • özünə əmin olanlarla

  • populyar olanlarla

  • hansısa qrupa aid insanlarla

İkincisi, belələrinin yanında özünü necə apardığını təsvir edən variantlardan birini seç.

  • Özümü elə aparıram ki, guya maraqlarımız üst-üstə düşür və ya bacarıqlarımız eynidir.

  • Onların maraqlarına məhəl qoymuram və məni maraqlandıran şeylər haqqında danışıram.

  • Əksər vaxtı susuram və onlardan ayrılmağın yollarını düşünürəm.

Üçüncüsü, təşəbbüs göstər! Gözləmə ki, birinci addımı həmişə başqaları atacaq; bəzən başqalarına birinci addımı sən atmalısan (İncil, Filipililərə 2:4). Bunu necə etmək olar?

Dostluğunu həmyaşıdlarınla məhdudlaşdırma. Bir fikirləş: əvvəlcə ünsiyyətini bir yaş qrupundan olan insanlarla məhdudlaşdırırsan, sonra da deyirsən ki, özünə dost tapa bilmirsən. Bu heç bir məntiqə sığmır? Sən elə bil ki, dənizin ortasında heç kimin yaşamadığı bir adada acından ölürsən, halbuki ətraf balıqla doludur!

«Anam məni yığıncaqda böyüklərlə söhbət etməyə təşviq edirdi. O, bizim nə qədər ümumi şeylərin olduğuna təəccüblənəcəyimi deyirdi. O haqlı idi. Mənim indi çoxlu dostlarım var!» (Helena, 20 yaş).

Söhbəti düzgün apar. Əsas odur ki, 1) qulaq asasan, 2) suallar verəsən və 3) səmimi diqqət göstərəsən (İncil, Yaqub 1:19).

«Çalışıram danışmaqdan çox qulaq asım. Danışanda da özüm haqda az danışıram və başqalarını pisləmirəm» (Serena, 18 yaş).

«Əgər kimsə bilmədiyim şey haqda mənimlə söhbət etmək istəyirsə, ondan xahiş edirəm ki, başa düşmədiyim məqamları mənə izah etsin. Bu halda, həmin insan mənimlə söhbətə daha meyilli olur» (Cered, 21 yaş).

«Utancaq insanam. Buna görə də söhbəti aparmağa özümü məcbur edirəm. Dost qazanmaq üçün gərək başqaları ilə xoşrəftar olasan. Buna görə də söhbətə başlamaq üçün təşəbbüsü üzərimə götürürəm» (Liya, 16 yaş).