Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Dürüst olmağa dəyər?

Dürüst olmağa dəyər?

 Niyə bəziləri nadürüstdür?

İnsanlar düşünür ki, indiki dövrdə dürüst olmaq sərf etmir. Bəziləri düşünə bilər:

  • «Evdə yalan danışmasam, cəza alacağam».

  • «İmtahanda köçürməsəm, onda kəsiləcəyəm».

  • «Bu şeyi oğurlamasam, onu almaq üçün pul yığmalı olacağam».

İnsanlar deyə bilər: «Burada nə var ki? Onsuz da hamı yalan danışır».

Əslində bu, belə deyil. Gənclər də daxil olmaqla xeyli adam inanır ki, dürüst olmağa dəyər. Müqəddəs Kitabda deyilir: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7). Başqa sözlə desək, əməllərimiz pis ya da yaxşı nəticə verir.

Gəlin bəzilərinin yalan danışmağın ucbatından hansı pis nəticələr biçdiklərinə baxaq.

«Anama oğlanla görüşməyim haqda yalan danışdım. O, yalan dediyimi bilirdi. Üçüncü dəfə ona yalan danışanda isə artıq anamın səbir kasası dolub-daşdı. Buna görə cəzalandırıldım. Ya iki həftə telefondan istifadə edə bilməyəcəkdim, ya da ki bir ay televizora baxmayacaqdım. Ondan sonra bir də anama yalan danışmadım» (Anita).

Düşün. Nəyə görə Anitaya anasının etibarını yenidən qazanmaq üçün vaxt lazım oldu?

Müqəddəs Kitabda deyilir: «Buna görə də artıq yalanı kənara qoyduğunuz üçün bir-birinizə həqiqəti söyləyin» (Efeslilərə 4:25).

«Valideynlərimə yalan danışdım. Fikirləşdim ki, canımı qurtardım. Bir müddət sonra onlar məndən nə baş verdiyini yenidən soruşdular. Danışdıqlarım yalan olduğu üçün, təfərrüatlar yadımda deyildi. Düzünü danışanda isə bu cür problemlə üzləşmirsən» (Entoni).

Düşün. Bu vəziyyətə düşməmək üçün Entoni nə edə bilərdi?

Müqəddəs Kitabda deyilir: «Yehova yalan danışan dildən ikrah edir, haqq iş sahibi isə Onun ürəyincədir» (Məsəllər 12:22).

«Mənim bir rəfiqəm var. O, həmişə əhvalatları bəzəyib-düzəyərək danışır. Onun xətrini çox istədiyim üçün yalan deyib-demədiyini yoxlamıram. Amma, düzünü desəm, ona inanmaq və etibar etmək çox çətindir» (İvon).

Düşün. İvonun rəfiqəsinin bu xasiyyəti onun adına necə təsir edir?

Müqəddəs Kitabda deyilir: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).

Bünövrədəki çat bütün binaya ziyan vurduğu kimi, nadürüstlük də sənin adına xələl gətirə bilər.

 Dürüst olmağın hansı xeyri var?

Dürüst davranaraq hansı müsbət nəticələri biçə bilərsiniz? Gəlin bəzi nümunələrə baxaq.

«Qabağımda gedən qadının pulu yerə düşdü. Mən onu çağırıb, pulu ona verdim. O, minnətdarlığını bildirdi və dedi ki, hər adam bunu etməzdi. İnsanlar etdiyim yaxşılığı qiymətləndirəndə sevinirəm» (Vivian).

Düşün. Nəyə görə həmin qadın pulu ona qaytarılanda təəccübləndi? Bunun Viviana hansı faydası oldu?

Müqəddəs Kitabda deyilir: «Xoşbəxtdir o kəslər ki,.. hər zaman dürüst davranır» (Zəbur 106:3).

«Ailəlikcə təmizlik işinə baxırıq. Ofisləri təmizləyəndə hərdən yerdən qəpik tapırıq. Onları stolun üstünə qoyuruq. İşçilərdən biri bunu görüb əsəbiləşirdi. O hətta demişdi: “Axı nəyə lazımdır?! Qəpik-quruşdur da”. Ancaq belə desə də, o, həmişə bizə etibar edirdi» (Culia).

Düşün. Culiaya başqa iş üçün tövsiyyə məktubu lazım olanda səncə, o məktubda nə yazılacaq?

Müqəddəs Kitabda deyilir: «Var qüvvənlə çalış ki, Allahın hüzuruna Onun bəyəndiyi bir adam,.. alnıaçıq bir işçi kimi çıxasan» (2 Timutiyə 2:15).

«Mən 64 saat işləmişdim, ancaq mənə 80 saatlıq maaş verilmişdi. Artıq pulu saxlamaq istəyərdim, ancaq bunu etmədim. Bu haqda baş mühasibə dedim. O, çox minnətdar oldu. Pulu özümdə saxlasaydım, şirkət heç nə itirməzdi, amma mənim üçün bu, oğurluğa bərabər idi» (Betani).

Düşün. Şirkətdən oğurlamaq insandan oğurlamaqdan daha az əhəmiyyətli sayılır?

Müqəddəs Kitabda deyilir: «Yehova fitnəkardan ikrah edər, amma saleh adamla dostluq edər» (Məsəllər 3:32).

Həmçinin bax

ÇALIŞMA VƏRƏQƏLƏRİ

Sən dürüstsən?

Yüklə

Əlavə məlumat

Valideynlərimin qoyduğu qaydanı pozmuşamsa, nə edim?

Onsuz da pis olan vəziyyətin daha da pisləşməməsi üçün nə etmək lazım olduğu haqda öyrən.

Mən məsuliyyətli insanam?

Bəzi gənclərə digərləri ilə müqayisədə daha çox sərbəstlik verilir. Bunun səbəbi nədir?

Səhv hərəkət etmişəmsə, nə etməliyəm?

Hamı səhv edir, amma hamı dərs götürmür.