Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Cinsi təcavüz haqda nəyi bilməliyəm? I hissə: Ehtiyat tədbirləri

Cinsi təcavüz haqda nəyi bilməliyəm? I hissə: Ehtiyat tədbirləri

 Cinsi təcavüz nədir?

Ərazidən-əraziyə hüquqi tərifi fərqlənsə də, «cinsi təcavüz» ifadəsi altında istək olmadan və bəzən zor gücünə baş verən cinsi əlaqə nəzərdə tutulur. Bura uşaqların və ya yeniyetmələrin cinsi istismarı, qohumlar tərəfindən təcavüz və zorlama halları daxildir, əsasən də, bunlar etibar etdikləri «mötəbər simalar» — müəllimlər, həkimlər və din xadimləri tərəfindən olur. İstər sözlə, istərsə də güc tətbiq olunaraq təcavüzə məruz qalanların bəzilərini hədələyirlər ki, başlarına gələnləri heç kimə deməsinlər, əks təqdirdə, onlar üçün pis olacaq.

Bir araşdırmaya əsasən, təkcə Birləşmiş Ştatlarda hər il əhalinin dörd milyondan çoxu cinsi təcavüzə məruz qaldığını bildirir. Onların təqribən yarısını 12—18 yaş arası yeniyetmələr təşkil edir.

 Nəyi bilməlisən?

  • Müqəddəs Kitab cinsi zorakılığı mühakimə edir. Müqəddəs Kitabda yazılır ki, təqribən 4 000 il bundan əvvəl pozğun izdiham Sədum şəhərinə gələn iki kişini zorlamaq üçün axtarırdılar. Bu hadisə Yehova Allahın şəhəri dağıtmasına səbəb oldu (Yaradılış 19:4—13). Bununla yanaşı, Allah 3500 il bundan əvvəl Musaya verdiyi Qanunda ailə üzvləri arasında cinsi əlaqəni qadağan etmişdi, buraya ailə üzvləri tərəfindən cinsi təcavüz də daxil idi (Lavililər 18:6).

  • Təcavüz çox vaxt tanış insan tərəfindən olunur. Bir kitabda deyilir: «Cinsi təcavüzə məruz qalan hər üç nəfərdən ikisi ona hücum edən insanı yaxından tanıyır. O, zibil vedrəsinin arxasından hoppanıb qəflətən qabağınıza çıxan biri deyil». («Talking Sex With Your Kids»)

  • Cinsi təcavüzə hər iki cinsin nümayəndəsi məruz qalır. Birləşmiş Ştatlarda qurbanların 10 faizi kişilərdir. Cinsi zorakılığa qarşı mübarizə aparan təşkilatın məlumatına əsasən, «kişi qurbanlarının ürəyində belə bir qorxu var ki, təcavüzə uğradıqlarına görə onlar ya “gey” olacaqlar», ya da «onlar kişi deyillər». (RAİNN —Rape, Abuse & Incest National Network)

  • Cinsi təcavüzün belə geniş yayılması təəccüblü deyil. Müqəddəs Kitabda əvvəlcədən deyilmişdi ki, insanların çoxu «axırzamanda... doğmalarını sevməyən.., özünə hakim olmayan, zalım» olacaqlar (2 Timutiyə 3:1—3). Bu xasiyyət insanları cinsi istismar edən şəxslərdə özünü aydın büruzə verir.

  • Cinsi təcavüz qurbanın günahı deyil. Heç kim belə rəftara layiq deyil. Bu hərəkəti edən insan məsuliyyət daşıyır. Bununla belə, sən cinsi təcavüzün qarşısını almaq üçün tədbirlər görə bilərsən.

 Nə edə bilərsən?

  • Hazırlıqlı ol. Əgər kimsə — görüşdüyün oğlan və ya qohumun — sənə cinsi əlaqəyə girmək üçün təzyiq göstərərsə, belə vəziyyətlərdə nə edəcəyini əvvəlcədən bilməlisən. Erin adlı gənc bir qadın məsləhət görür: «Yaşıdların tərəfindən qarşılaşa biləcəyin hər cür təzyiq barədə fikirləş. Öz beynindən bir hadisə fikirləş və necə reaksiya verəcəyini məşq elə. Bu, kənardan gülməli görünə bilər, lakin bununla təcavüzün qarşısını almaq olar».

    Müqəddəs Kitabda deyilir: «Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin... pis vaxtda yaşadığımızı nəzərə [alın]» (Efeslilərə 5:15, 16).

    Özündən soruş: Əgər kimsə mənə namünasib şəkildə toxunarsa, necə davranaram?

  • Qaçış planın olmalıdır. RAİNN təşkilatı məsləhət görür ki, «dostlarınla, yaxud ailənlə aranızda şifrəli söz olsun. Özünü narahat hiss edəndə onlara zəng et və narahatçılığını bildir, ancaq elə et ki, yanındakının xəbəri olmasın. Beləliklə, ailən və ya dostların səni gəlib tapa bilər və bir bəhanə ilə səni oradan çıxarda bilərlər». Bacardığın qədər təhlükəli yerlərdən uzaq dursan, riskli vəziyyətlərdən qaça bilərsən.

    Müqəddəs Kitabda deyilir: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məsəllər 22:3).

    Özündən soruş: «Mənim qaçış planım var?

    Həmişə qaçış planın olsun

  • Sərhəd qoy və onları qətiyyən pozma. Əgər görüşdüyün insan varsa, nə cür hərəkətlərin yol verilən olub-olmadığını onunla müzakirə et. Əgər o sərhəd qoymaq məsələsinə kinayə ilə baxırsa, yaxşı olardı ki, sənin dəyərlərinə hörmət edən bir insanla görüşəsən.

    Müqəddəs Kitabda deyilir: «Məhəbbət...nalayiq davranmır, öz xeyrini güdmür» (1 Korinflilərə 13:4, 5).

    Özündən soruş: Mənim dəyərim nədir? Hansı hərəkət əxlaq həddini aşır?

Əlavə məlumat

Cinsi təcavüz haqda nəyi bilməliyəm? II hissə: Emosional yaranın sağalması

Emosional cəhətdən sağalmış təcavüz qurbanlarının dediklərini oxu.

Mənə sataşanda...

Sataşmağın nə olduğunu və əgər onun qurbanı olarsansa, nə etməli olduğunu öyrən.

Gör gənclər sataşma haqda nə deyir

Beş gənc qızın sataşma haqda dediyinə bax və gör belə vəziyyətlərdə sən nə edə bilərsən.