Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Məni cinsi əlaqəyə təhrik edirlər. Nə edim?

Məni cinsi əlaqəyə təhrik edirlər. Nə edim?

«Bəlkə, razılaşım? — deyə fikir edə bilərsən. — Onsuz da hamı bununla məşğul olur».

Dayan və fikirləş!

Fakt. Demək olmaz ki, hamı bununla məşğul olur.

Düzdür, statistikaya əsasən, bir çox gənclər nikahdan və ya toydan əvvəl cinsi əlaqədə olmuşlar. Məsələn, Birləşmiş Ştatlarda aparılan bir tədqiqata əsasən, məktəbi bitirmək üzrə olan hər üç gəncdən ikisi cinsi əlaqədə olur. Bu isə o deməkdir ki, üçündən biri, yəni bir çoxları bunu etmir.

Bəs bunu edənlər haqqında nə demək olar? Mütəxəssislərin araşdırmalarına görə, bu gənclərin əksəriyyəti hərəkətlərinin acı nəticələrini dadmışlar. Bunlar aşağıdakılardır:

Peşmançılıq. Nikahdan və ya toydan əvvəl cinsi əlaqədə olan gənclərin bir çoxu etiraf edirlər ki, buna görə sonradan çox peşman olmuşlar.

Nikahdan qabaq cinsi əlaqədə olmaq — gözəl bir rəsm əsərinə ayaq silmək kimi bir şeydir

Etibarsızlıq. Sonradan hər iki tərəf də fikirləşməyə başlayır: «Görəsən, o, daha kiminlə birlikdə olub?»

Məyusluq. Əslində, hər bir qız ondan əşya kimi istifadə edən yox, onun qayğısına qalan bir insanın yanında olmaq istəyir. Bir çox oğlanlar isə fikir vermişlər ki, özlərini onlara təslim edən qızlar sonradan gözlərindən düşür.

Yekun vuraq. Sənin bədənin çox qiymətlidir, onu hədər yerə sərf etmə. Allahın «cinsi əxlaqsızlıqdan qaçın» əmrinə riayət etməklə güclü və əqidəli insan olduğunu göstər. Gələcəkdə bir gün ailə quranda buna haqqın çatacaq. O zaman nə narahatçılıq, nə peşmançılıq, nə də xəcalət hissi səni sevincindən məhrum etməyəcək (Süleymanın məsəlləri 7:22, 23; İncil, 1 Korinflilərə 7:3).