Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Bacı-qardaşınla yola gedirsən?

Bacı-qardaşınla yola gedirsən?

 «Mehriban düşmənlər»

Bəzən bacı-qardaşları «mehriban düşmənlər» adlandırmaq olar. Onlar bir-birlərini çox istəyir, amma bəzən bir-birlərini görməyə gözləri olmur. Helena adlı 18 yaşlı gənc deyir: «Balaca qardaşım məni qıcıqlandırır. O, məni özümdən çıxarmaq üçün nə deyəcəyini, edəcəyini çox yaxşı bilir».

Bəzi bacı-qardaşlar mübahisəni həll etmək üçün söhbət edib, bir-biriləri ilə dil tapır. Məsələn:

  • Bir otaqda qalan iki qardaş arasında şəxsi həyatla bağlı mübahisə düşə bilər. Vəziyyəti necə düzəltmək olar? Onlar güzəştə getməyi öyrənməli və bir-birlərinin ehtiyaclarını nəzərə almalıdırlar. Luka 6:31 ayəsindəki prinsipə uyğun davranın.

  • İki bacı arasında bir-birlərinin paltarlarını icazəsiz geyinmək üstündə dava düşə bilər. Vəziyyəti necə düzəltmək olar? Məsələni müzakirə edib, sərhəd qoymaq lazımdır. 2 Timutiyə 2:24 ayəsindəki prinsipə uyğun davranın.

Bəzi vəziyyətlərdə bacı-qardaşlar arasında ciddi problemlər olur və bunun axırı heç də yaxşı qurtarmaya bilər. Gəlin Müqəddəs Kitabda yazılmış iki nümunəyə nəzər salaq.

  • Məryəmlə Harunun qardaşları Musaya paxıllıq etmələri faciə ilə qurtardı. Saylar 12:1—15 ayələrindəki hadisəni oxu. Özündən soruş: «Bacı-qardaşıma qarşı paxıllıq etməmək üçün nə edə bilərəm?»

  • Qabil qardaşı Habilə əsəbiləşdi və axırda onu öldürdü. Yaradılış 4:1—12 ayələrindəki hadisəni oxu. Özündən soruş: «Bacı-qardaşıma qəzəblənməmək üçün nə edə bilərəm?»

 Sülhü qorumağın iki səbəbi

Bacı-qardaşınla yola getmək nə qədər çətin olsa da, ən azı, iki səbəbə görə sülhə can atmağa dəyər.

  1. Bu, yetkinliyin əlamətidir. Aleks adlı gənc deyir: «Mən bir saniyənin içində iki balaca bacıma əsəbləşirdim. Amma indi onlara qarşı sakit və səbirliyəm. Yəqin fikirləşirsiniz ki, mən artıq böyümüşəm».

    Müqəddəs Kitabda yazılıb: «Özündən tez çıxmayan bəsirət sahibidir, hövsələsiz isə səfehliyini nümayiş etdirər» (Məsəllər 14:29).

  2. Bu, gələcək üçün təcrübədir. Əgər sən bacı-qardaşının qeyri-kamilliyinə dözə bilmirsənsə, onda sabah həyat yoldaşınla, iş yoldaşlarınla, müdirinlə və ya ətrafındakı digər insanlarla necə yola gedəcəksən?

    Həyatın gerçəkliyi: Gələcəkdə quracağın münasibətlərin uğurlu olması üçün gərək ünsiyyət etmək və dil tapmaq bacarığın olsun. Bu qabiliyyətə yiyələnmək üçün ailədən yaxşı yer ola bilməz.

    Müqəddəs Kitabda yazılıb: «Əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın» (Romalılara 12:18).

Bacı-qardaşınla arandakı problemi həll etmək üçün kömək istəyirsən? Elə isə «Həmyaşıdların nə deyir?» yarımbaşlığını oxu və «Bacı-qardaşınla yola gedirsən?» adlı çalışma vərəqini tamamla.

Həmçinin bax