Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Gənclərin sualları

Bəkarət andı verməyə dəyərmi?

Bəkarət andı verməyə dəyərmi?

 Bəkarət andı nədir?

Bəkarət andı nikahdan öncə cinsi əlaqədən yazılı və ya şifahi şəkildə imtina etməkdir.

Bu and 1990-cı illərdə ABŞ-ın Cənubi Baptist Konvensiyası «Əsil məhəbbət gözləyər» proqramını işə salanda geniş yayılmağa başladı. Bu proqramın məqsədi Müqəddəs Kitab dəyərləri ilə gənclərin bir-birlərinə verdikləri dəstəyi birləşdirərək onları nikahdan əvvəl cinsi əlaqəyə «yox» deməyə təşviq etməkdir.

Qısa müddət sonra buna bənzər başqa bir proqram yarandı. Həmin proqram tədbirlər təşkil edirdi. Bu tədbirlərdə bəkarət andı verənlərə gümüş üzük verilirdi. Bu üzük onların nikahdan əvvəl cinsi əlaqədə olmamağa dair verdikləri andın simvolu idi.

 Bu andın faydası varmı?

Cavab sualın kimə verilməsindən asılıdır.

  • Tədqiqatçı Kristen Kim və Robert Rektorun dediklərinə əsasən «bəzi araşdırmalardan bəlli olur ki, bəkarət andı verməyin sayəsində cinsi həyata başlayan yeniyetmələrin sayı azalır».

  • Qutmaxer institutunun dərc etdiyi hesabatda qeyd olunur ki, «bəkarət andı verən yeniyetmələr bu andı verməyən yeniyetmələr kimi nikahdan əvvəl cinsi əlaqədə olurlar».

Nəyə görə nəticələr bir-birinə ziddir?

  • Bəzi tədqiqatlarda cinsi əlaqə ilə bağlı nöqteyi-nəzəri fərqli olan bəkarət andı içən yeniyetmələrlə and içməyən yeniyetmələr müqayisə olunur.

  • Digər tədqiqatlar zamanı isə cinsi əlaqə ilə bağlı nöqteyi-nəzəri eyni olan bəkarət andı içən yeniyetmələrlə and içməyən yeniyetmələr müqayisə olunurdu.

Son araşdırmalar nəyi göstərir? Yeniyetmələrin sağlamlığı üzrə mütəxəssis Dr. Canet Rozenbaum deyir ki, bəkarət andı içən yeniyetmələrin cinsi həyatı beş il keçəndən sonra digər yeniyetmələrin cinsi həyatından heç nə ilə fərqlənmir.

 Düzgün münasibət

Bəkarət andı proqramlarının məqsədi yaxşıdır. Ancaq problem ondadır ki, bu proqramlar anda sadiq qalmaları üçün yeniyetmələrə düzgün dəyərlər aşılamır. Dr. Rozenbaumun dediyinə görə, bu andı verənlərin çoxu «onun mahiyyətini başa düşmürlər». O əlavə edir: «Bəkarəti qorumaq insanın hansısa proqramda iştirak etməsindən yox, onun qətiyyətli olmasından asılıdır».

Qətiyyətli olmaq üçün yazılı və ya şifahi söz verməyə ehtiyac yoxdur. Müqəddəs Kitab təşviq edir ki, bunun üçün ağlımızı daima işlədərək onu yaxşını pisdən ayırmağa öyrəşdirməliyik (İbranilərə 5:14). Bundan əlavə, bəkarəti qorumaq təkcə xəstəlikdən ya da arzuolunmaz hamiləlikdən qaçmaq demək deyil. Bununla biz nikahı yaradan Allaha hörmət etdiyimizi göstərmiş oluruq (Mətta 5:19; 19:4—6).

Allahın Kəlamındakı qanunlara riayət etmək bizim xeyrimizədir (Əşiya 48:17). Yaşından asılı olmayaraq, hər kəs Allahın «əxlaqsızlıqdan qaçın» əmrinə riayət etmək üçün özündə qətiyyətlilik inkişaf etdirə bilər (1 Korinflilərə 6:18). Nikahdan öncə cinsi əlaqədə olanlar adətən narahatçılıq və peşmançılıq hissi keçirirlər. Evlənən insan isə bu hissləri yaşamır, əksinə cinsi münasibətlərdən tam həzz duyur.

Həmçinin bax

ÇALIŞMA VƏRƏQƏLƏRİ

Əzmli ol, bəkarətini qoru

Yüklə

Əlavə məlumat

GƏNCLƏRİN SUALLARI

Cinsi əlaqəyə dair baxışımı necə izah edə bilərəm?

Səndən: «Hələ də bakirəsən?» — soruşsalar, cinsi əlaqəyə dair baxışını Müqəddəs Kitabdan izah edə biləcəksən?

GƏNCLƏRİN SUALLARI

Səni cinsi əlaqəyə təhrik edirlər?

Buna yol vermək olarmı? Sonra peşman olmayacaqsan ki?