Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yaxşı qiymətlər almaq üçün nə edim?

Yaxşı qiymətlər almaq üçün nə edim?

Sən nə edə bilərsən:

Müsbət tərzdə düşün! Fikirləşmə ki, yaxşı oxumaq səndə heç cür alınan deyil. Belə pis fikirlər beyninə girəndə, çalış, səndə nəyin daha yaxşı alındığı haqda düşünəsən. Məsələn, bir dəfə camaat, ola bilsin, əsassız olaraq Allahın xidmətçilərindən biri, həvari Pavelin nitq söyləmək qabiliyyətini lağa qoyanda o belə fikir söylədi: «Əgər natiq kimi məharətli deyiləmsə, bilikdə ki əskikliyim yoxdur» (İncil, 2 Korinflilərə 10:10; 11:6). Həvari hansısa zəif cəhətlərinin olduğunu danmırdı. Eyni zamanda nəyə qabil olduğunu da çox yaxşı bilirdi. Bəs sənin barəndə nə demək olar? Güclü cəhətlərini sadalaya bilərsən? Əgər ağlına heç bir şey gəlmirsə, onda səni sevən böyüklərdən soruş. Belə dost güclü tərəflərini görməyə və onları inkişaf etdirməyə kömək edə bilər.

Hər şeyi planlaşdır. Yaxşı oxumağa gedən yol qısa deyil. Əvvəl-axır oxumalı olacaqsan. Xoşuna gəlsə də-gəlməsə də, oxumağa dəyər. Bir az səy göstər — kim bilir, bəlkə xoşuna gəldi. Yaxşı oxumaq üçün hər şeyi planlaşdırmaq lazımdır. Yadda saxla: nə qədər ki, məktəblisən, oxumaq — sənin əsas işindir. Əlbəttə, Allahın Kəlamında deyilir ki, «gülməyin öz vaxtı» və «rəqs etməyin öz vaxtı» var (Vaiz 3:1, 4; 11:9). Bütün uşaqlar kimi, sən də vaxtını şən keçirmək üçün imkan axtarırsan. Lakin Allahın Kəlamında belə bir xəbərdarlıq var: «Küləyə baxan toxum səpməz, buludlara baxan əkdiyini biçməz» (Vaiz 11:4). Vacib işləri sonraya saxlama. Narahat olma, dərs oxumağa da, istirahətə də vaxtın qalacaq!

Ağırlıq qaldırmaq əzələləri inkişaf etdirdiyi kimi, yaxşı oxumaq vərdişi də dərslərdən qiymətlərini qaldıra bilər.