Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Nə edim ki, şəxsi həyatım olsun?

Nə edim ki, şəxsi həyatım olsun?
  • Nəyə görə valideynlərin hər işinə qarışır?

  • Nə edə bilərsən?

  • Həmyaşıdların nə deyir?

Nəyə görə valideynlərin hər işinə qarışır?

Valideynlərin sənə görə narahat olduqlarını deyirlər. Amma sən düşünürsən ki, onlar sənin şəxsi işlərinə qarışırlar. Misal üçün:

  • Erin adlı yeniyetmə deyir: «Atam telefonumu götürüb məndən telefonun kodunu soruşur. Sonra da bütün mesajlarıma baxır. Kodu deməyəndə düşünür ki, ondan nəsə gizlədirəm».

  • 20 yaşlarında olan Denis deyir ki, anası onun telefon zənglərinə baxır. O deyir: «Anam bir-bir nömrələrə baxıb kimlərin nömrəsi olduğunu və onlarla nə haqda danışdığımı soruşur».

  • Keyla adlı yeniyetmə deyir ki, bir dəfə anası onun gündəliyini oxuyub. O bölüşür: «Orada keçirdiyim hisslər barədə, hətta anamla bağlı yazdığım fikirlər var idi! Həmin hadisədən sonra bir də gündəlik tutmadım».

Yadda saxla. Valideynlərin sənə görə məsuliyyət daşıyırlar. Onlara bu məsuliyyətlərinə nə dərəcə ciddi yanaşmalarına dair göstəriş verə bilməzsən. Ola bilsin, sənə elə gəlir ki, onlar bu məsələdə ifrata varırlar. Amma aşağıdakı məsləhətlərə riayət etsən, bu məsələyə daha anlayışla yanaşarsan.

Nə edə bilərsən?

Heç nəyi gizlətmə. Müqəddəs Kitab bizi hər sahədə dürüst olmağa təşviq edir (İbranilərə 13:18). Valideynlərinlə dürüst ol. Nə qədər çox dürüst olub onlardan heç nəyi gizlətməsən, bir o qədər şəxsi həyatın olacaq.

Düşün. Əvvəllər nə dərəcədə dürüst olmusan? Vaxtında evə gəlmisən? Dostlarını ailəndən gizlətmisən? Gizlin işlər görmüsən?

«Valideynlərimi razı salmağa çalışıram. Həyatımda baş verənləri, bilmək istədikləri hər şeyi onlara danışıram. Buna görə də onlar mənə etibar edir və şəxsi həyatıma qarışmırlar» (Delya).

Səbirli ol. Müqəddəs Kitabda deyilir: «Özünüzü sınayın» (2 Korinflilərə 13:5). Etibar qazanmaq çox vaxt alır, ancaq buna dəyər.

Düşün. Valideynlərin də yeniyetmə olublar. Bunu bilmək onların sənin həyatınla maraqlanmalarına olan münasibətinə necə təsir edir?

«Məncə, valideynlər keçmişdə buraxdıqları səhvləri unutmur və övladlarının da eyni səhvlərə yol verməsini istəmirlər» (Denyl).

Özünü onların yerinə qoy. Vəziyyətə valideynlərinin gözü ilə baxmağa çalış. Müqəddəs Kitabda deyilir ki, məharətli qadın «evindəki işlərə nəzarət edər», yaxşı ata isə övladlarını «Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə» böyüdər (Məsəllər 31:27; Efeslilərə 6:4). Bu elə də asan deyil. Ona görə də valideynlərinin səninlə maraqlanması şərtdir.

Düşün. Əgər valideyn olsaydın, uşaqların haqda nəyi bilmək istəyərdin? Qızının və ya oğlunun həyatında baş verənləri bilmək üçün ona sual verməzdin?

«Yeniyetmə olanda mənə elə gəlirdi ki, valideynlərimin əlindən şəxsi həyatım yoxdur. İndi isə artıq böyümüşəm və valideynlərimin nəyə görə belə davrandıqlarını başa düşürəm. Onlar bunu məni sevdikləri üçün ediblər» (Ceyms).

Həmçinin bax