Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GƏNCLƏRİN SUALLARI

Özümdə idmana qarşı həvəsi necə oyada bilərəm?

Özümdə idmana qarşı həvəsi necə oyada bilərəm?

Müqəddəs Kitabda fiziki məşqin faydalı olduğu deyilir (1 Timoteyə 4:8). Ancaq gənclərin çoxu idmanla məşğul olmağı bir o qədər də sevmir.

  • «Təsəvvür edə bilməzsiniz ki, yuxarı sinifdə nə qədər uşaq idmandan iki alırdı, hərçənd bu dərs su içmək kimi asandır!» (Riçard, 21 yaş).

  • «Bəziləri düşünür ki, günün altında qaçaraq tər-suya batmaqdansa, rahat oturub videooyunlar oynayaraq özünü oradakı oyunçunun yerində təsəvvür etmək daha yaxşıdır» (Rut, 22 yaş).

Əgər sən də belə fikirləşirsənsə, aşağıda bunu nə üçün etməli olduğunun üç əsaslı səbəbini nəzərdən keçir.

1-ci səbəb: idman immuniteti möhkəmləndirir. «Atam həmişə deyərdi: “İdmana vaxt tapmasan, xəstələnməyə vaxt tapmaq məcburiyyətində qalacaqsan”», — 19 yaşlı Reyçel deyir.

2-ci səbəb: idmanla məşğul olan zaman beyində sakitlik yaradan kimyəvi maddələr ifraz olunur. 16 yaşlı Emili deyir: «Beynim həddən artıq yorğun olanda qaçmaq mənə rahatlıq gətirir. Özümü gümrah hiss edirəm və emosional gərginliyim azalır».

3-cü səbəb: idman əhval-ruhiyyəni qaldırır. Rut deyir: «Açıq havada olmaq xoşuma gəlir, buna görə də piyada gəzir, üzgüçülüklə məşğul olur və velosiped sürürəm».

Müvəffəqiyyətin sirri. Həftədə ən azı üç dəfə 20 dəqiqə ərzində sevdiyin idman növü ilə məşğul ol.

Yadda saxla: irsiyyətin rolu olsa da, fiziki sağlamlığın sürdüyün həyat tərzindən asılıdır. Beləliklə, məşğul olacağın idman növünü seçmək sənin öhdənə düşür və əmin ol ki, səndə alınacaq!