Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müəllimimlə necə dil tapa bilərəm?

Müəllimimlə necə dil tapa bilərəm?

Dayan və fikirləş!

Sevincin hadisəsinə nəzər salaq. Onun gündəliyində ancaq dörd və beş qiymətləri olardı. Lakin 7-ci sinfə keçəndə vəziyyət dəyişdi. O deyir: «Yeni müəllimim həmişə qiymətimi kəsirdi». Problem nədə idi? Müəllim Sevincə və onun anasına açıq-aydın bildirdi ki, onların dinindən xoşu gəlmir.

Müəllimlər bir növ çayın bu tayından o tayına keçməyə — savadsızlıqdan biliyə doğru irəliləməyə kömək edən daşlar kimidir, amma bunun üçün sən addım atmalısan

Bəs bunun sonu necə oldu? Sevinc deyir: «Hər dəfə müəllim prinsipə gedib qiymətimi kəsəndə anam mənimlə məktəbə gəlirdi ki, onunla bu haqda danışsın. Nəhayət, o, məni incitməkdən əl çəkdi».

Əgər sən də bu kimi vəziyyətlə üzləşmisənsə, çəkinmədən bu haqda valideynlərinlə danış. Onlar, çox ehtimal ki, bu problemi həll etmək üçün müəllimlə, hətta direktorla da söhbət etmək istəyəcəklər.

Qəbul etmək lazımdır ki, bütün problemlər asanlıqla öz həllini tapmır. Bəzən sadəcə səbir etmək lazım gəlir (İncil, Romalılara 12:17, 18). Tanya adlı bir qız deyir: «Müəllimlərimizdən birinin şagirdlərlə münasibəti pis idi. O, çox vaxt bizi təhqir edir, qanmaz adlandırırdı. Əvvəl-əvvəl o, məni həmişə ağladardı, ancaq sonra onun təhqirlərini öz üstümə götürməməyi öyrəndim. Mən diqqətimi dərslərimə cəmləyib, bütün tapşırıqları yerinə yetirirdim. Buna görə də, artıq o, məni çox incitmirdi, hətta mən yaxşı qiymət alan bir neçə şagirdin sırasında idim. İki ildən sonra onu məktəbdən çıxartdılar».

Yekun vuraq. Müəllimlə yola getməyi öyrənməklə dəyərli təcrübə əldə edəcəksən. İşdir, əgər gələcəkdə iş yerində müdirinlə problemlərin yaransa, bu, mütləq işinə yarayacaq (İncil, 1 Peter 2:18). Üstəlik, qarşına çıxacaq yaxşı müəllimləri qiymətləndirməyi öyrənəcəksən.