Kontentə keç

Mündəricatı göstər

 NƏĞMƏ 92

Allahın adını daşıyan məkan

Audio-yazını seçin
Allahın adını daşıyan məkan
GÖRÜNÜŞÜ

(1 Salnamələr 29:16)

  1. 1. Böyük bir şərəfdir, Yehova,

    Uca adına ev tikmək.

    Onu ürəkdən həsr edirik,

    Saçsın şöhrətin qoy şəfəq.

    Bizlər nə təqdim eyləsək də,

    Məxsusdur Sənə əzəldən.

    Sərvət, bacarıq bir bəxşişdir,

    Veririk Sənə ürəkdən.

    NƏQARƏT

    Bu məkanı ithaf edək,

    Adın ucalsın burda.

    Qoy şanına olsun bəzək,

    Həsr edirik, ey Xuda.

  2. 2. Səni mədh edirik, Yehova,

    Evin həmd-sənayla dolsun.

    Mömin qulların duasıyla

    Olsun ürəyin qoy məmnun.

    Evi biz Sənə həsr edirik,

    Şərəfdir qalmaq qeydinə.

    Sözsüz şəhadət eyləsin o,

    Töhfədir təbliğ işinə.

    NƏQARƏT

    Bu məkanı ithaf edək,

    Adın ucalsın burda.

    Qoy şanına olsun bəzək,

    Həsr edirik, ey Xuda.