Kontentə keç

Mündəricatı göstər

 NƏĞMƏ 83

Ev-ev təbliğ edək

Audioyazını seçin
Ev-ev təbliğ edək
GÖRÜNÜŞÜ

(Həvarilərin işləri 20:20)

  1. 1. Biz evbəev, qapı-qapı

    Söylərik xoş müjdə.

    Layiq olan kim varsa qoy,

    Bilik alsın Rəbdən.

    Allah göydə qurub Şahlıq,

    Qoy bu gözəl müjdə,

    Vüsət alsın, təbliğ edək

    Onu biz hər yerdə.

  2. 2. Biz evbəev, qapı-qapı

    Səslərik xilasa.

    Allah nicat verər ona

    Adın kim zikr etsə.

    Bəs necə zikr edər adı

    Eşitməsə insan?

    Yehovanın uca adın

    Gərək edək bəyan.

  3. 3. Gəl evbəev, qapı-qapı

    Yayaq xoş müjdəni.

    İmkan verək biz hər kəsə

    Özü etsin seçim.

    Yehovanın adın çəkək,

    Bütün dünya bilsin.

    Qapı-qapı gedib tapaq

    Rəbbi sevən kəsi.

(Həmçinin baxın: Həv. 2:21; Rom. 10:14.)