Kontentə keç

Mündəricatı göstər

 NƏĞMƏ 7

Yehova gücümüz, qüvvətimiz

Audioyazını seçin
Yehova gücümüz, qüvvətimiz
GÖRÜNÜŞÜ

(Əşiya 12:2)

  1. 1. Ya Rəbb, Yehova, güvənc yerimiz,

    Sən gücümüzsən, ulu Tanrımız.

    Biz şahidiyik Sənin qüvvənin,

    Qorxmadan hey mədh eylərik ismin.

    NƏQARƏT

    Yehova qayam, qalam, nicatım,

    Nə mübarəkdir, ya Rəbb, ismin!

    Tək sahibisən bütün cahanın,

    Sənsən mənim yeganə pənahım.

  2. 2. Nurla doludur bizim könlümüz,

    Şükür, artıq açılıb gözümüz.

    Biz Kəlamda eşitdik səsini,

    Budur tutmuşuq Sənin tərəfin.

    NƏQARƏT

    Yehova qayam, qalam, nicatım,

    Nə mübarəkdir, ya Rəbb, ismin!

    Tək sahibisən bütün cahanın,

    Sənsən mənim yeganə pənahım.

  3. 3. Daim bağlıyıq Sənin əmrinə,

    Biz əyilmərik İblis Şeytana.

    Hirslə bizə eyləyir o, hücum,

    Heç vaxt bizdən əsirgəmə ruhun.

    NƏQARƏT

    Yehova qayam, qalam, nicatım,

    Nə mübarəkdir, ya Rəbb, ismin!

    Tək sahibisən bütün cahanın,

    Sənsən mənim yeganə pənahım.