Kontentə keç

Mündəricatı göstər

 NƏĞMƏ 54

«Yol budur»

Audioyazını seçin
«Yol budur»
GÖRÜNÜŞÜ

(Əşiya 30:20, 21)

  1. 1. Bax bu yol sülh yolu,

    Tapmısan sən onu.

    Rəbb göstərdi sənə,

    Bu əzəli yolu.

    Məsih əyan etdi,

    Haqqı-həqiqəti.

    Kəlamında açdı,

    Tanrı səadəti.

    NƏQARƏT

    Bu yol həyat yoludur; budur Yol!

    Bir an belə sən sapma bu yoldan.

    Allah deyir: «Gəl bu yolla get».

    Nicat verər, bu yoldur tək güman.

  2. 2. Bu məhəbbət yolu,

    Sadiq qal bu yolda.

    Sən tanıdın Rəbbi,

    Ondan gəldi səda.

    Məhəbbəti Rəbbin,

    Hərarətli, nəcib.

    Bu məhəbbət yolu

    Kinə gəlir qalib.

    NƏQARƏT

    Bu yol həyat yoludur; budur Yol!

    Bir an belə sən sapma bu yoldan.

    Allah deyir: «Gəl bu yolla get».

    Nicat verər, bu yoldur tək güman.

  3.  3. Bu yol həyat yolu,

    Boylanma sən geri.

    Bu yol cənnət yolu,

    Yehova vəd edir.

    Saf məhəbbətlə sülh

    Burda olmuş məskun.

    Tapdıq həyat rizin,

    Rəbbə alqış olsun.

    NƏQARƏT

    Bu yol həyat yoludur; budur Yol!

    Bir an belə sən sapma bu yoldan.

    Allah deyir: «Gəl bu yolla get».

    Nicat verər, bu yoldur tək güman.

(Həmçinin baxın: Zəb. 32:8; 139:24; Məs. 6:23.)