Kontentə keç

Mündəricatı göstər

 NƏĞMƏ 37

Yehovanı bütün qəlbinlə sev

Audioyazını seçin
Yehovanı bütün qəlbinlə sev
GÖRÜNÜŞÜ

(Mətta 22:37)

  1. 1. Ey Yehova, ey Xudaya,

    Cani-dildən bağlıyam Sənə.

    Haqq yolda qalmaq arzumdur,

    Olmayım bivəfa peymana.

    Hər Kəlmən mənə bir bəxşişdir,

    Həzz alır könlüm əmrindən.

    NƏQARƏT

    Ey Yehova, Sən Atamsan,

    Mən ürəkdən bağlıyam Sənə.

  2. 2. Ay göydə sadiq şahidtək

    Şan-şöhrətin bəyan eyləyər.

    Mən də sədaqət göstərrəm,

    Tək adını edərəm izhar.

    Andıma uyğun yaşayıram,

    Ruhuma hopub həqiqət.

    NƏQARƏT

    Ey Yehova, Sən Atamsan,

    Mən ürəkdən bağlıyam Sənə.