NƏĞMƏ 124
Sədaqətli olaq
1. Əbədiyyən, sədaqətlə
Allaha bağlı qalaq.
Allahın biz ümmətiyik,
Əmrinə boyun əyək.
Heç zaman ziyan çəkmərik
Biz Ata öyüdündən.
O sadiqdir, güvənirik,
Biz dönmərik bu yoldan.
2. Sədaqətlə davranaq biz
Qardaşlarla hər işdə.
Göstərək saf məhəbbət gəl
Həm sözdə, həm əməldə.
Onlara dəyər verərək
Ürəkdən hörmət edək.
Kəlamdan biz öyrənmişik,
Bir yumruq olaq gərək.
3. Sədaqətlə dinləyirik
Ağsaqqal öyüdünü.
Faydası var, itaətlə
Biz qəbul edək onu.
Bərəkət verər Yehova,
Qulunu güclü edər.
Sədaqətlə yerisək biz,
Rəbbimiz arxa durar.
(Həmçinin baxın: Zəb. 149:1; 1 Tim. 2:8; İbr. 13:17.)