Zəbur 26:1—12

  • Kamillik yolunda yerimək

    • «Məni imtahan et, ey Yehova» (2)

    • «Yalançılarla oturub-durmuram» (4, 5)

    • «Qurbangahının başına dolanaram» (6)

Davudun məzmuru. 26  Ey Yehova, kamillik yolunda yeriyirəm, mənə haqq qazandır,+Yehovaya etibarım sarsılmazdır.+  2  Məni imtahan et, ey Yehova, məni sına,Ürəyimi, ən dərin duyğularımı xəlbirdən keçir.+  3  Məhəbbətini heç vaxt unutmuram,Haqq yolunda yeriyirəm.+  4  Yalançılarla oturub-durmuram,+İç üzünü gizlədənlərə qaynayıb-qarışmıram.  5  Yaramazların məclisindən zəhləm gedir,+Şər iş görənlərlə birgə əyləşmirəm.+  6  Əllərimi günahsızlıq içində yuyaram,Qurbangahının başına dolanaram, ey Yehova,  7  Şükranlarımı ucadan söyləyərəm,+Bütün xariqələrini bəyan edərəm.  8  Yehova, məskən etdiyin evi,+Calalının sakin olduğu yeri sevirəm.+  9  Günahkarlarla birgə canımı məhv etmə,+Zorakılarla birgə həyatıma son qoyma. 10  Onların əlində pislik* var,Sağ əlləri rüşvətlə doludur. 11  Mən isə kamillik yolundan dönmərəm,Məni xilas et, mənə lütf göstər. 12  Ayağım düz yerdə durur,+Böyük məclisdə Yehovaya alqış edərəm.+

Haşiyələr

Hərfən: azğınlıq.