Əşiya 2:1—22
2 Amuz oğlu Əşiyanın Yəhuda və Yerusəlim barəsində gördükləri.+
2 Zamanın sonundaYehovanın evinin durduğu dağDağlardan uca bərqərar olacaq,+Təpələrdən yuxarı ucalacaq,Bütün xalqlar ona sarı axışacaq.+
3 Çox ümmətlər gəlib deyəcək:
«Gəlin Yehovanın dağına,Yaqubun Allahının evinə qalxaq.+
O, bizə yolunu öyrətsin,Biz də Onun yolu ilə yeriyək».+
Çünki qanun Siondan,Yehovanın sözü Yerusəlimdən çıxacaq.+
4 O, xalqlar arasında hakim olacaq,Çox xalqlara aid məsələləri həll edəcək.
Onlar qılınclarından gavahın*,Nizələrindən oraq düzəldəcək.+
Xalq xalqın üstünə qılınc qaldırmayacaq,Artıq müharibə etməyi öyrənməyəcəklər.+
5 Gəlin, ey Yaqub evi,Gəlin Yehovanın nurunda yeriyək.+
6 Sən xalqını, Yaqub evini tərk etdin,+Çünki onlar şərqdən çox şey mənimsədilər.
Onlar filiştlilər* kimi sehrbazlıq+ edir,Aralarında əcnəbilərin uşaqları nə qədərdir!
7 Ölkələri qızıl-gümüşlə dolub,Xəzinələri aşıb-daşır.
Məmləkətləri atlarla dolub,Cəng arabalarının sayı-hesabı yoxdur.+
8 Ölkələri puç allahlarla doludur.+
Onlar əlləri ilə düzəltdiklərinə,Barmaqları ilə quruluş verdiklərinə səcdə qılırlar.
9 İnsan yerə döşənir, alçalır.
Sən onu bağışlamazsan.
10 Yehovanın zəhmindən,Əzəmətinin ehtişamındanQayaya gir, torpaqda gizlən.+
11 İnsanın təkəbbürlə baxan gözü alçalacaq,İnsan qüruru əyiləcək.
O gün yalnız Yehova yüksələcək.
12 Çünki o gün ordular Allahı Yehovanın günüdür.+
O gün lovğaların, qürrəlilərin,Ağaların, rəiyyətin, hamının başına gələcək.+
13 O gün Livanın bütün uca, vüqarlı sidr ağaclarının,Bütün Başan palıdlarının başına gələcək,
14 Bütün ulu dağların,Hündür təpələrin,
15 Bütün yüksək qüllələrin, möhkəm divarların,
16 Bütün Tarşiş gəmilərinin,+Gözəl qayıqların başına gələcək.
17 İnsan qüruru alçalacaq,İnsan təkəbbürü əyiləcək.
O gün yalnız Yehova yüksələcək.
18 Puç allahlar tamamilə yox ediləcək.+
19 Yehova dünyanı lərzəyə gətirmək üçün ayağa qalxandaZəhmindən, əzəmətinin ehtişamından+İnsanlar qaya oyuqlarına,Yerin dəlmə-deşiyinə girəcək.+
20 O gün insanlar sitayiş üçünQızıldan-gümüşdən düzəltdikləri puç, dəyərsiz allahlarıYereşənlərə, yarasalara atacaq,+
21 Yehova dünyanı silkələmək üçün ayağa qalxandaOnun zəhmindən,Əzəmətinin ehtişamındanQaya oyuqlarına,Qaya dəliklərinə girəcəklər.
22 Bəşər oğluna güvənməyin,Axı o, burnundakı nəfəs kimidir,Ondan nə fayda?

