İbranilərə məktub 3:1—19

  • İsa Musadan üstündür (1—6)

    • Hər şeyin bənnası Allahdır (4)

  • İmansızlıqla bağlı xəbərdarlıq (7—19)

    • «Bu gün Mənə qulaq asın» (7, 15)

3  Göylər dəvətinə ortaq olan+ müqəddəs qardaşlar, baş kahin və elçi kimi qəbul etdiyimiz İsa+ haqqında düşünün. 2  Allahın evində* sadiq olmuş Musa kimi,+ İsa da onu bu işə təyin edən Allaha sadiq idi.+ 3  O, Musadan da böyük şərəfə layiq görüldü,+ çünki bənna tikdiyi evdən daha böyük hörmətə layiq görülür. 4  Bəli, hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır. 5  Musa bir xidmətçi kimi Allahın evində sadiq idi və onun xidməti gələcəkdə aşkar ediləcək şeylərə şəhadət edirdi. 6  Məsih isə Allahın evi üzərində bir oğul kimi sadiq idi.+ Biz Allahın eviyik,+ bu şərtlə ki, cəsarətimizi və öyündüyümüz ümidi axıradək qoruyub saxlayaq. 7  Buna görə də müqəddəs ruh vasitəsilə deyilib:+ «Bu gün Mənə qulaq asın: 8  ürəyinizi inadkar etməyin, səhrada sınaq vaxtı Məni qəzəbləndirən əcdadlarınız kimi hərəkət etməyin.+ 9  Onlar orada Məni sınadı, imtahana çəkdi, halbuki qırx il ərzində gördüyüm işlərin şahidi olmuşdular.+ 10  Bu səbəbdən ürəyim o nəsildən ikrah etdi və dedim: “Onların ürəyi elə hey azır, onlar yollarımı tanımırlar”. 11  Buna görə qəzəblənib and içdim: “Onlar istirahətimə qovuşmayacaqlar”».+ 12  Qardaşlar, ehtiyatlı olun ki, heç biriniz var olan Allahdan uzaqlaşmayasınız və ürəyiniz korlanıb imansız olmasın.+ 13  Nə qədər ki «bu gün»+ deyilən vaxt davam edir, hər gün bir-birinizi ruhlandırın ki, heç kəsin ürəyi günahın tovlayıcı qüvvəsi ilə sərtləşməsin. 14  Başlanğıcda bizdə olan qətiyyəti sonadək qoruyub saxladığımız təqdirdə, Məsihlə ortaq olacağıq.+ 15  Necə ki deyilib: «Bu gün Mənə qulaq asın: ürəyinizi inadkar etməyin, Məni qəzəbləndirən əcdadlarınız kimi hərəkət etməyin».+ 16  Səsini eşidə-eşidə Onu kim qəzəbləndirirdi? Məgər Musanın rəhbərliyi altında Misirdən çıxanların hamısı belə etmirdi?+ 17  Bundan əlavə, Allah qırx il ərzində kimə qarşı ikrah duyurdu?+ Məgər Onun ikrah duyduğu adamlar günah işləyib səhrada ölənlər deyildi?+ 18  Allah kimə and içib demişdi ki, Onun istirahətinə qovuşmayacaq? Məgər itaətsizlik edənlərə deməmişdi? 19  Gördüyümüz kimi, onlar imansızlıq ucbatından ona qovuşa bilmədilər.+

Haşiyələr

Yəni Allahın icmasında.