Çıxış 40:1—38
40 Yehova Musaya dedi:
2 «Birinci ayın birinci günü Müqəddəs çadırı, Hüzur çadırını qur.+
3 Şəhadət sandığını ora qoy+ və pərdə ilə qabağını tut.+
4 Masanı içəri gətir+ və ona aid olan şeyləri üstünə düz. Çıraqdanı da gətirib çıraqlarını yandır.+
5 Sonra buxur üçün olan qızıl qurbangahı+ Şəhadət sandığının qarşısına qoy və çadırın giriş pərdəsini as.+
6 Yandırma qurbanı üçün olan qurbangahı+ Müqəddəs çadırın, Hüzur çadırının girişi ilə üzbəüz qoy.
7 Çəni Hüzur çadırı ilə qurbangahın arasında qoy və içinə su tök.+
8 Sonra çadırın həyətini düzəlt.+ Həyətin giriş pərdəsini as.+
9 Məsh yağını+ götürüb Müqəddəs çadırı və içindəki hər şeyi məsh et.+ Çadırı və bütün avadanlığını müqəddəs et. Beləliklə, o müqəddəs olacaq.
10 Yandırma qurbanı üçün olan qurbangahı və onun bütün avadanlığını məsh et. Onu müqəddəs et. Beləliklə, o, son dərəcə müqəddəs qurbangah olacaq.+
11 Bundan sonra çəni və altlığını məsh et. Onu müqəddəs et.
12 Harunu və oğullarını Hüzur çadırının girişinə gətir. Qoy onlar su ilə yuyunsunlar.+
13 Sonra Harunun əyninə müqəddəs paltarları geyindir,+ onu məsh et+ və müqəddəs et ki, Mənə kahin qismində xidmət etsin.
14 Sonra onun oğullarını gətirib paltarlarını geyindir.+
15 Onları da ataları kimi məsh et ki,+ Mənə kahin kimi xidmət etsinlər. Onların məsh edilməsi kahinliyin həmişəlik onların nəslinə verildiyini təsdiq edəcək».+
16 Musa Yehovanın əmr etdiyi bütün şeyləri yerinə yetirdi,+ necə demişdisə, elə də etdi.
17 Beləliklə, ikinci ilin birinci ayının birinci günündə Müqəddəs çadır quruldu.+
18 Musa çadırı bu cür qurdu: əvvəlcə oyuqlu altlıqları+ düzdü, üstünə çərçivələri+ qoydu, şüvülləri+ keçirtdi, sütunları qoydu
19 və Yehovanın ona tapşırdığı kimi, üzərinə örtüyü+ saldı, onun da üstündən üst örtüyü+ saldı.
20 Bundan sonra sandığın+ içinə Şəhadət lövhələrini+ qoydu, sandığın şüvüllərini+ keçirtdi və qapağını+ üstünə qoydu.+
21 Şəhadət sandığını çadıra gətirdi və arakəsmə pərdəni+ asıb sandığın qabağını tutdu.+ Yehova necə demişdisə, elə də etdi.
22 Sonra Hüzur çadırının içində, şimal tərəfdə, pərdənin bayır tərəfində masanı+ qoydu
23 və Yehovanın önündə olsun deyə, çörəkləri+ masanın üstünə qoydu. Yehova necə demişdisə, elə də etdi.
24 Sonra Hüzur çadırının cənub tərəfində, masa ilə üzbəüz çıraqdanı+ qoydu
25 və Yehovanın önündə çıraqları yandırdı.+ Yehova necə demişdisə, elə də etdi.
26 Bundan sonra Hüzur çadırında pərdənin qabağına qızıl qurbangahı+ qoydu ki,
27 üstündə ətirli buxur+ yandırılsın.+ Yehova necə demişdisə, elə də etdi.
28 Axırda çadırın giriş pərdəsini+ asdı.
29 Bundan sonra o, Hüzur çadırının girişinin yanına yandırma qurbanı üçün olan qurbangahı+ qoydu ki, üstündə yandırma qurbanı+ və taxıl təqdiməsi təqdim olunsun. Yehova necə demişdisə, elə də etdi.
30 Hüzur çadırı ilə qurbangahın arasına çən qoyub içinə yuyunmaq üçün su tökdü.+
31 Musa, Harun və oğulları əl-ayaqlarını onun suyu ilə yuyurdular.
32 Yehovanın Musaya əmr etdiyi kimi, onlar Hüzur çadırına gedəndə, yaxud qurbangaha yaxınlaşanda yuyunurdular.+
33 Ən axırda çadırı və qurbangahı dövrəyə alan həyəti+ düzəltdi və həyətin giriş pərdəsini asdı.+
Beləcə, Musa işini başa vurdu.
34 Bulud Hüzur çadırını bürüdü və çadır Yehovanın calalı ilə doldu.+
35 Bulud çadırın üstündən çəkilmədiyindən və çadır Yehovanın calalı ilə dolduğundan Musa çadıra girə bilmirdi.+
36 Bulud çadırın üstündən qalxanda israillilər düşərgəni yığıb yola düşürdülər. Bütün səfərləri boyunca onlar belə edirdilər.+
37 Ancaq nə qədər ki bulud qalxmırdı, onlar olduqları yerdə qalırdılar.+
38 Bütün səfərləri boyunca israillilərin gözləri gündüzlər çadırın üstündə Yehovanın buludunu, gecələr isə alov görürdü.+

