Çıxış 11:1—10

  • Onuncu bəla elan olunur (1—10)

    • Xalq misirlilərdən qızıl-gümüş istəməlidir (2)

11  Yehova Musaya dedi: «Fironun və Misirin üstünə bir bəla da göndərəcəyəm. Onda o, sizi buraxacaq.+ Nəinki buraxacaq, hətta buradan qovacaq.+ 2  Get xalqa de ki, kişili-qadınlı hər kəs qonum-qonşudan qızıl-gümüş əşyalar istəsin».+ 3  Yehovanın rizası ilə misirlilər israillilərə yaxşı münasibət göstərdilər. Üstəlik, Musa da Misirdə fironun əyanlarının yanında və xalq arasında hörmət qazanmışdı. 4  Musa dedi: «Yehova Allah belə deyir: “Gecə yarısı Misirdən keçəcəyəm.+ 5  Misirdə taxtda oturan firondan tutmuş dəyirmanda dən üyüdən qarabaşın övladınadək hamının ilk doğulan uşağı, bütün heyvanların ilk doğulan balası öləcək.+ 6  Bütün Misir torpağında elə ah-fəğan qalxacaq ki, beləsi heç vaxt olmayıb, olmayacaq da.+ 7  İsraillilərin isə başından bir tük belə, əskik olmayacaq, heyvanlarına heç bir zərər dəyməyəcək*, belə ki, Yehovanın israilliləri misirlilərdən fərqli tutduğunu biləsən”.+ 8  Bütün xidmətçilərin yanıma gələcək, qarşımda baş əyib: “Sən də, bütün xalqın da çıxın gedin”,+ — deyib yalvaracaqsınız. Onda mən gedəcəyəm». Musa bunları deyib qəzəb içində fironun yanından çıxdı. 9  Onda Yehova Musaya dedi: «Firon sizə qulaq asmayacaq,+ amma bu ona görədir ki, Misir torpağında möcüzələrim çoxalsın».+ 10  Musa və Harun bütün bu möcüzələri fironun qarşısında göstərdilər,+ ancaq Yehova fironun ürəyini daş elədi və o, israilliləri ölkəsindən buraxmadı.+

Haşiyələr

Hərfən: İsraillilərin və heyvanlarının üstünə it dilini itiləməyəcək.