Koloslulara məktub 1:1—29

  • Salamlar (1, 2)

  • Bulus kolosluların imanına görə şükür edir (3—8)

  • Onların ruhani tərəqqisi üçün dua edir (9—12)

  • Məsihin mühüm rolu (13—23)

  • Bulus yığıncağın xeyri üçün çalışır (24—29)

1  Allahın iradəsilə Məsih İsanın həvarisi olan Bulusdan və qardaşımız Timutidən+ 2  Məsihlə vəhdətdə olan Kolosdakı müqəddəs və vəfalı qardaşlara məktub. Atamız Allahdan gələn lütf və sülh sizə yar olsun. 3  Sizin üçün hər dəfə dua edəndə Allaha, Ağamız İsa Məsihin Atasına şükür edirik, 4  çünki Məsih İsaya olan imanınız və bütün müqəddəslərə bəslədiyiniz məhəbbət haqqında xəbərimiz var. 5  Bu, sizin üçün göylərdə qorunub saxlanılan+ ümiddən doğur. Siz bu ümid haqqında sizə çatdırılmış həqiqət xəbəri, yəni müjdə vasitəsilə eşitmişdiniz. 6  Bu müjdə bütün dünyada bar gətirib yayıldığı kimi,+ Allahın lütfü haqqındakı həqiqəti eşidib öyrəndiyiniz gündən bəri sizdə də bar gətirib yayılır. 7  Siz bizim kimi qul olan əzizimiz Epafrasdan məhz bunu öyrəndiniz. Epafras+ Məsihin sadiq xidmətçisi kimi bizim yerimizə çalışır. 8  Müqəddəs ruhun köməyi ilə yetişdirdiyiniz məhəbbət haqqında da bizə o danışıb. 9  Buna görə də biz bunu eşitdiyimiz gündən bəri sizdən ötrü həmişə dua edir+ və diləyirik ki, siz Allahın iradəsi haqqındakı dəqiq biliklə aşıb-daşasınız,+ buna tam hikmətlə və ruhun verdiyi dərrakə ilə sahib olasınız.+ 10  Beləcə, Yehovanın adına layiq yaşayasınız ki, hər bir yaxşı işdə bəhrə gətirərək və get-gedə Allahı yaxından tanıyaraq+ Onu tam razı salasınız. 11  Hər şeyə sevinclə və səbirlə tab gətirmək üçün Onun şanlı qüdrətindən böyük güc alasınız+ 12  və nurda olan müqəddəslərə+ çatacaq mirasdan pay almaq üçün sizi yararlı edən Ataya şükür edəsiniz. 13  O, bizi zülmətin hakimiyyətindən+ qurtardı və sevimli Oğlunun padşahlığına köçürtdü. 14  Biz Oğulun fidyəsi vasitəsilə qurtuluşa, yəni günahlarımızın əfvinə yetişmişik.+ 15  O, gözəgörünməz Allahın bənzəri,+ bütün xilqətin ilkidir.+ 16  Çünki göydə və yerdə olan hər şey, görünən və görünməyən şeylər:+ taxt-tac, iqtidar, hökumətlər, hakimiyyət onun vasitəsilə yarandı. Hər şey onun vasitəsilə+ və onun üçün yaradılıb. 17  O, hər şeyin əzəlidir,+ hər şey onun vasitəsilə mövcud olub. 18  Oğul bədənin, yəni yığıncağın başıdır.+ O, başlanğıcdır, ilk dirilən odur.+ Beləcə, o, hər şeydə ilkdir. 19  Çünki Allah hər şeyin onda tamamlanmasını,+ 20  onun vasitəsilə yerdəkilərin və göydəkilərin hamısını Özü ilə barışdırmağı+ məqbul bildi. Bu barışıq onun işgəncə dirəyi üzərində axıdılmış qanı vasitəsilə+ mümkün oldu. 21  Bəli, bir vaxtlar ağlınız pis işlərə meyilli olduğundan siz Allaha qarşı yadlaşmış və düşmən olmuşdunuz. 22  İndi isə O, canını* qurban vermiş Oğlunun ölümü vasitəsilə sizi Özü ilə barışdırdı ki, sizi müqəddəs, pak və qüsursuz halda Öz hüzuruna çıxarsın.+ 23  Əlbəttə, bunun üçün gərək siz imanınızı qoruyasınız,+ iman təməli+ üzərində möhkəm, mətin dayanıb+ eşitdiyiniz müjdənin verdiyi ümiddən uzaqlaşmayasınız. Bu müjdə səma altında yaşayanların hamısına təbliğ edilib.+ Mən Bulus da bu müjdənin xidmətçisi olmuşam.+ 24  İndi mən sizin uğrunuzda əzab çəkdiyimə sevinirəm.+ Mən Məsihə görə payıma düşən iztirabların hamısını hələ çəkib qurtarmamışam. Bu iztirabları onun bədəni+ olan yığıncaq+ uğrunda çəkirəm. 25  Sizin xeyriniz üçün Allahın mənə həvalə etdiyi nökərbaşı vəzifəsinə+ əsasən, mən bu yığıncağın xidmətçisi oldum ki, Allahın sözünü, 26  yəni qədim dövrlərdən, keçmiş nəsillərdən gizlədilmiş+ müqəddəs sirri+ tam təbliğ edim. Bu sirr indi Onun müqəddəslərinə açılıb.+ 27  Allah digər xalqlar arasında açılan bu müqəddəs sirrin+ möhtəşəm zənginliyini onlara bildirməyi münasib bildi. Bu sirr sizinlə vəhdətdə olan Məsihdir, onun calalına şərik olmaq ümididir.+ 28  Biz onun haqqında təbliğ edirik, hər kəsə nəsihət veririk, hər kəsi tam hikmətlə öyrədirik ki, hər bir insanı Məsihin yetkin davamçısı kimi Allaha təqdim edək.+ 29  Bu məqsədə çatmaq üçün mən əlimdən gələni edirəm və məndə böyük qüdrətlə fəaliyyət göstərən gücün sayəsində canla-başla çalışıram.+

Haşiyələr

Yaxud bədənini.