Zəkəriyyə 4:1—14

  • 5-ci vəhy: çıraqdan və iki zeytun ağacı (1—14)

    • Güc-qüvvə ilə yox, Yehovanın ruhu ilə (6)

    • Kiçik işlərlə başlanmış günlərə həqarət etmə (10)

4  Mənimlə danışan mələk geri qayıdıb məni oyatdı, sanki, yatmış adamı oyadırdı.  Sonra məndən soruşdu: «Nə görürsən?» Mən dedim: «Büsbütün qızıldan olan çıraqdan görürəm.+ Onun yuxarısında bir kasa var, üstündə isə yeddi çıraq.+ Bu yeddi çırağın yeddi lüləsi var.  Çıraqdanın yanında iki zeytun ağacı+ durub; biri kasanın sağında, biri solunda».  Sonra mənimlə danışan mələkdən soruşdum: «Ağam, bunlar nə deməkdir?»  O dedi: «Məgər bunların mənasını bilmirsən?» Mən dedim: «Xeyr, ağam».  Onda mələk mənə dedi: «Yehovanın Zərubabilə sözü budur: “Hərb gücü ilə yox, güc-qüvvə ilə yox,+ Mənim ruhumla”,+ — deyir ordular Allahı Yehova.  Sən kimsən, ey uca dağ?! Zərubabilin+ önündə düzəngaha çevriləcəksən.+ O, “Nə gözəldir! Nə qəşəngdir!” sədaları altında təpə daşını qaldırıb qoyacaq».  Mənə Yehovanın sözü nazil oldu:  «Bu evin bünövrəsini Zərubabilin əlləri qoydu,+ onun əlləri də bu işi tamamlayacaq.+ Onda biləcəksiniz ki, məni sizin yanınıza ordular Allahı Yehova göndərib. 10  Kiçik işlərlə başlanmış günlərə kim həqarət edirdi?+ Zərubabilin əlində şaqulu görənlər sevinəcək. Həmin yeddi göz Yehovanın gözləridir. Onlar bütün dünyanı seyr edir».+ 11  Mən ondan soruşdum: «Çıraqdanın sağında və solunda olan o iki zeytun ağacı nəyi bildirir?»+ 12  Sonra soruşdum: «Bəs zeytun ağaclarının iki qızıl lülədən qızıl maye axıdan iki budağı nəyi bildirir?» 13  Onda o, mənə dedi: «Məgər bunların mənasını bilmirsən?» Mən dedim: «Xeyr, ağam». 14  O, mənə dedi: «Bunlar Xudavəndi-aləmin yanında duran iki məsh olunmuşu bildirir».+

Haşiyələr