Çıxış 26:1—37

26  Müqəddəs çadırı+ zərif kətan iplikdən, göy və al-qırmızı iplikdən, bənövşəyi yundan toxunmuş on parça qumaşdan düzəldin. Üzərinə kərrub təsvirləri işləyin.+ 2  Hər parça 28 qulac* uzunluğunda, 4 qulac* enində olmalıdır. Onların hamısı eyni ölçüdə olmalıdır.+ 3  Parçaları beş-beş bir-birinə birləşdirin. 4  Alınan hər iki parçanın qırağına, parçaların bir-birinə birləşəcəyi yerə göy iplikdən ilgəklər tikin, 5  hər parçaya 50 ilgək. Onları elə tikin ki, parçalar birləşəndə qarşı-qarşıya olsunlar. 6  Qızıldan 50 qarmaq düzəldin və onlarla iki parçanı birləşdirin ki, bütöv bir çadır əmələ gəlsin.+ 7  Həmçinin çadırın örtüyü üçün keçi tükündən+ 11 parça qumaş düzəldin.+ 8  Hər parça 30 qulac uzunluğunda, 4 qulac enində olmalıdır. On biri də eyni ölçüdə olmalıdır. 9  Beş parçanı bir birləşdirin, altı parçanı bir. Çadırın qabaq tərəfində altıncı parçanı qatlayın. 10  Hər iki hissənin qırağına düşən zolağın kənarına, hissələrin birləşdiyi yerə 50 ilgək tikin. 11  Misdən 50 qarmaq düzəldin və ilgəklərə salıb örtüyü birləşdirin ki, bütöv parça alınsın. 12  Örtüyün artıq qalan hissələrini salladarsınız. Zolağın artıq qalan yarısını çadırın arxasından salladın. 13  Yan tərəflərdən bir qulac uzunluğunda artıq qalan parça da sallansın, elə ki, çadırı örtsün. 14  Bundan əlavə, örtüyün üstündən salmaq üçün qırmızı boyanmış qoç dərisindən, onun da üstündən salmaq üçün suiti dərisindən örtük düzəldin.+ 15  Çadır üçün akasiya ağacından dikinə qoyulacaq çərçivələr düzəldin.+ 16  Hər çərçivə on qulac uzunluğunda və qulac yarım enində olmalıdır. 17  Hər çərçivədə yanaşı iki çıxıntı olmalıdır. Çadırın bütün çərçivələri belə düzəldilməlidir. 18  Çadırın cənub tərəfi üçün, yəni cənuba baxan tərəfi üçün 20 çərçivə düzəldin. 19  Bu 20 çərçivənin altına qoymaq üçün gümüşdən oyuqlu 40 altlıq düzəldin, hər çərçivənin iki çıxıntısı üçün iki altlıq.+ 20  Çadırın digər tərəfi, şimala baxan tərəfi üçün 20 çərçivə 21  və gümüşdən oyuqlu 40 altlıq düzəldin, hər çərçivənin iki çıxıntısı üçün iki altlıq. 22  Çadırın qərbə baxan arxa tərəfi üçün 6 çərçivə düzəldin.+ 23  Çadırın iki arxa küncündə dayaq olacaq iki çərçivə düzəldin. 24  Onlar aşağıda başlayan və yuxarıda, birinci halqanın yanında birləşən iki bərabər hissədən ibarət olmalıdır. Çərçivələrin ikisi də bu cür olmalıdır. Bunlar künc dayağıdır. 25  Beləcə, 8 çərçivə, hərəsinin də altında iki dənə olmaqla 16 oyuqlu gümüş altlıq olmalıdır. 26  Akasiya ağacından şüvüllər düzəldin: çadırın bir tərəfindəki çərçivələr üçün 5 şüvül,+ 27  o biri tərəfindəki çərçivələr üçün 5 şüvül, qərbə baxan arxa tərəfdəki çərçivələr üçün də 5 şüvül. 28  Çərçivələrin ortasından keçən şüvül bir başdan o biri başa uzanmalıdır. 29  Çərçivələrin üstünə qızıl çəkin.+ Halqalarını qızıldan düzəldin. Şüvüllər bu halqalardan keçəcək. Şüvüllərin də üstünə qızıl çəkin. 30  Çadırı sənə dağda göstərilən nümunəyə əsasən düzəldin.+ 31  Göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən pərdə+ toxuyun, üzərinə kərrub təsvirləri işləyin. 32  Onları akasiya ağacından olan, üstü qızılla örtülmüş sütunlardan asın. Sütunlar oyuqlu gümüş altlıqlar üstündə durmalı, qarmaqları qızıldan olmalıdır. 33  Pərdəni qarmaqların altından asın və Şəhadət sandığını+ gətirib pərdənin arxasına qoyun. Pərdə Müqəddəs yerlə+ Ən müqəddəs yeri ayıracaq.+ 34  Ən müqəddəs yerdə Şəhadət sandığının qapağını onun ağzına qoyun. 35  Masanı pərdənin bayır tərəfinə qoyun. Çadırın cənub tərəfində, masa ilə üzbəüz çıraqdanı qoyun;+ masa isə şimal tərəfdə olmalıdır. 36  Çadırın girişinə asmaq üçün göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən pərdə toxuyun.+ 37  Pərdə üçün akasiya ağacından beş sütun düzəldin, üstünə qızıl çəkin. Qarmaqları qızıldan olmalıdır. Sütunlar üçün misdən oyuqlu beş tökmə altlıq düzəldin.

Haşiyələr

12,5 m. B14 əlavəsinə bax.