Kontentə keç

Mündəricatı göstər

 ÇƏRÇİVƏ 10C

Yehova bizi ayağa qaldırır

Yehova bizi ayağa qaldırır

Hizqiyal 37:1—14 ayələrində təsvir olunan təsirli görüntüdən şəxsi həyatımız üçün də ruhlandırıcı fikir tapırıq.

Bəzən həyatda üzləşdiyimiz çətinliklər, sıxıntılar bizi elə taqətdən salır ki, mübarizə aparmağa gücümüz qalmır. Belə məqamlarda Hizqiyalın dirçəlişlə bağlı aldığı görüntüdən güc tapa bilərik. Bu peyğəmbərlikdən öyrənirik ki, ölünün sümüyünü canlandırmağa qadir olan Allah bizə hətta aşılmaz görünən maneələri belə aşmağa güc verə bilər. (Zəbur 18:29 ayəsini oxuyun; Filip. 4:13.)

Hizqiyaldan əsrlər əvvəl yaşamış Musa peyğəmbərin sözlərindən məlum olur ki, Yehova, sadəcə, qüdrət sahibi deyil, O, bu qüdrəti ilə sevə-sevə Öz bəndələrinə dayaq olur. Peyğəmbər yazmışdı: «Ta bineyi-qədimdən Allah pənah yeridir, səni əbədi qolları üstündə gəzdirir» (Qan. 33:27). Bəli, əmin ola bilərik ki, çətin anlarımızda Yehovaya üz tutsaq, O, bizi qollarına alacaq, ehmalca qaldırıb ayaq üstə qoyacaq (Hizq. 37:10).