Kontentə keç

Mündəricatı göstər

 ÇƏRÇİVƏ 14A

Hizqiyalın məbədlə bağlı gördüyü görüntüdən nə öyrənirik?

Hizqiyalın məbədlə bağlı gördüyü görüntüdən nə öyrənirik?
GÖRÜNÜŞÜ

Pak ibadət ucalır və hifz olunur

Görüntüdəki məbəd «hündür bir dağın» (1) başında ucaldılıb. Bəs biz pak ibadəti həyatımızda hər şeydən üstün tutaraq onu ucaldırıq?

Divarlar (2) məbədin ətrafındakı geniş sahəni (3) əhatə edirdi. Bu bizə xatırladır ki, Yehovaya etdiyimiz ibadəti nəyinsə ləkələməsinə heç vaxt yol verməməliyik. Əgər gündəlik həyatla bağlı olan adi şeylər belə, pak ibadətdən uzaq olmalıdırsa, o zaman natəmiz və əxlaqsız davranışın Yehovanın xidmətçilərinin həyatından uzaq olması son dərəcə labüddür (Hizq. 42:20).

Əbədi nemətlər

Məbəddən qaynayıb çıxan bulaq getdikcə genişlənib çaya (4) dönür və torpağı canlandırıb məhsuldar edir. Bu nemətlər barədə bu nəşrin 19-cu fəslində danışılır.

Hamı üçün eyni olan qanunlar

Hündür bayır darvazaları (5)  və içəri darvazalar (9) bizə xatırladır ki, Yehova pak şəkildə ibadət edən hər kəs üçün eyni əxlaq qaydaları təsis edib. Diqqət yetirin ki, bayır və içəri darvazaların ümumi ölçüləri eynidir. Bu, çox münasibdir, çünki tutduğu vəzifədən asılı olmayaraq bütün xidmətçilər üçün Yehovanın tələbləri eynidir.

Yehovanın süfrəsi

Yemək otaqları (8) bizə xatırladır ki, qədimdə xalq məbədə gətirdiyi qurbanlardan yeyə bilərdi. Bununla onlar, sanki Yehova ilə bir süfrə arxasında əyləşib yemək yeyirdilər. Bu gün məsihilərin ibadət etdiyi ruhani məbəddə vəziyyət bir qədər fərqlidir. Çünki artıq «bir qurban» təqdim olunub (İbr. 10:12). Bununla belə biz Yehovaya mədh qurbanı təqdim edirik (İbr. 13:15).

Allahdan zəmanət

Bu görüntüdəki ətraflı ölçülər çaşdırıcı görünə bilər, amma onlar vacib bir məqamı başa salırlar. Bu ölçülər zəmanət verir ki, Yehovanın pak ibadəti dirçəltmək niyyəti mütləq yerinə yetəcək və bu ölçülər kimi dəqiq, dəyişilməzdir. Hizqiyal görüntüdə insan görməsə də, Yehovanın kahinlərə, başçılara və xalqa ciddi məsləhət verdiyini qələmə alıb, Allahın bütün xidmətçiləri Onun ali qanunlarına riayət etməlidirlər.