Kontentə keç

Mündəricatı göstər

 ÇƏRÇİVƏ 9Ç

Əsarət və dirçəlişlə bağlı peyğəmbərliklər

Əsarət və dirçəlişlə bağlı peyğəmbərliklər
GÖRÜNÜŞÜ

Yəhudi xalqının qədim Babildəki əsarəti ilə bağlı bir çox peyğəmbərliklər çox-çox sonralar məsihi yığıncağının Böyük Babilə əsir düşməsilə ikinci dəfə daha geniş miqyasda yerinə yetdi. Bəzi nümunələrə baxaq.

1. XƏBƏRDARLIQLAR

2. ƏSİRLİK

3. BƏRPA İŞLƏRİ

BİRİNCİ İCRASI

E. ə. 607-ci ildən qabaq — Əşiya, Ərəmya və Hizqiyal peyğəmbər Yehovanın xalqını xəbərdar etsə də, xalqın arasında dönüklük yayılır

E. ə. 607-ci il — Yerusəlim darmadağın edilir; Allahın xalqı Babilə əsir aparılır

E. ə. 537-ci il və sonra — Yehovanın sadiq xidmətçiləri Yerusəlimə qayıdır, məbədi bərpa edir, pak ibadəti dirçəldir

GENİŞ İCRASI

B. e. I əsri — İsa Məsih, Bulus və Yəhya məsihi yığıncağını xəbərdar etsə də, dönüklük yayılır

B. e. II əsrindən başlayaraq — Həqiqi məsihilər Böyük Babilin əsiri olur

B. e. 1919-cu ili və sonra — İsa Məsihin hakimiyyəti altında sadiq məsh olunmuşlar ruhani əsarətin sona çatmasının və pak ibadətin bərpa olunmasının şahidi olurlar