Kontentə keç

Mündəricatı göstər

 DƏRS 6

Ayələri düzgün izah et

Ayələri düzgün izah et

Yəhya 10:33—36

İCMAL: Sadəcə ayəni oxuyub növbəti fikrə keçmə. Dinləyicilərə oxuduğun ayə ilə izah etdiyin fikir arasındakı əlaqəni aydın göstər.

NECƏ NAİL OLMAQ OLAR?

  • Əsas sözləri qeyd et. Ayəni oxuyandan sonra əsas fikirlə bilavasitə əlaqəli olan sözləri vurğula. Bunun üçün həmin sözləri təkrarla, ya da sual verib dinləyicilərin diqqətini həmin sözlərə yönəlt.

  • Əsas fikri vurğula. Əgər konkret məqsədlə ayəni oxumaq üçün giriş etmisənsə, ayədəki əsas sözlərin həmin məqsədlə əlaqəsini izah et.

  • Sadə şəkildə izah et. Əsas fikirlə əlaqəsi olmayan təfərrüatlara varma, dinləyicilərin mövzu ilə bağlı bildiklərini nəzərə alaraq, fikrin aydın başa düşülməsi üçün nə qədər dəlil gətirmək lazım olduğunu müəyyən et.