Kontentə keç

Mündəricatı göstər

 DƏRS 14

Əsas fikirləri vurğula

Əsas fikirləri vurğula

İbranilərə 8:1

İCMAL: Dinləyicilərə nitq zamanı fikirlərin ardıcıllığını izləməyə kömək et, hər əsas fikrin məqsədinlə və mövzu ilə əlaqəsini aydın göstər.

NECƏ NAİL OLMAQ OLAR?

  • Qarşına məqsəd qoy. İlk öncə nitqinin məqsədini müəyyən et. Məqsəd nədir: məlumat vermək, inandırmaq, dinləyiciləri hərəkətə təşviq etmək? Sonra isə əsas bəndlərin hər birinin həmin məqsədə xidmət etdiyinə əmin ol.

  • Çıxışın mövzusunu vurğula. Çıxış boyunca mövzunun əsas sözlərini təkrarlayaraq, yaxud sinonim sözlərdən istifadə edərək mövzuya istinad et.

  • Əsas fikirləri aydın və sadə şəkildə bildir. Yalnız mövzu ilə əlaqəsi olan və ayrılmış vaxt ərzində yaxşı izah edə biləcəyin əsas fikirləri seç. Əsas fikirlərin sayını məhdudlaşdır, hər birini aydın şəkildə söylə, onların arasında fasilə et, birindən digərinə rəvanlıqla keç.