Kontentə keç

Mündəricatı göstər

 DƏRS 36

İftah nəzir deyir

İftah nəzir deyir

İsraillilər yenə də Yehovaya xəyanət edib, saxta allahlara sitayiş edirlər. Əmunilər israillilərə hücum edəndə saxta allahlar onlara kömək edə bilmir. Uzun illər israillilər zülm görürlər. Axırda Yehovaya deyirlər: «Biz günah etmişik. Nə olar, bizi düşmənlərimizdən qurtar». İsraillilər bütlərini qırıb, yenidən Yehovaya ibadət edirlər. Yehova onların əzab çəkmələrinə artıq dözə bilmir.

Xalq əmunilərlə döyüşmək üçün İftah adlı döyüşçünü başçı seçir. İftah Yehovaya deyir: «Əgər bu döyüşü qazanmağımıza kömək etsən, söz verirəm ki, evə qayıdanda məni qarşılamağa çıxan ilk adamı sənə verəcəyəm». Yehova İftahın duasına cavab verir və ona döyüşü qazanmağa kömək edir.

 İftah evə qayıdanda onu gözünün ağı-qarası bircə qızı qarşılayır. O rəqs edib, qaval çalır. İndi İftah nə edəcək? O, verdiyi sözü yadına salıb deyir: «Vay, qızım! Ürəyimi parçaladın. Mən Yehovaya nəzir demişəm. Nəzirimi yerinə yetirmək üçün gərək səni Şilodakı Hüzur çadırında xidmət etməyə göndərim». Qızı ona deyir: «Ata, əgər Yehovaya nəzir demisənsə, nəzirini yerinə yetirməlisən. Amma bir istəyim var. İcazə ver, rəfiqələrimlə iki ay dağda qalım. Sonra gedərəm». İftahın qızı ömür boyu Hüzur çadırında sədaqətlə xidmət edir. Hər il rəfiqələri onu görmək üçün Şiloya gəlir.

«Oğlunu ya qızını məndən çox istəyən mənə layiq deyil» (Mətta 10:37)