Kontentə keç

Mündəricatı göstər

 DƏRS 75

Şeytan İsanı sınağa çəkir

Şeytan İsanı sınağa çəkir

Vəftiz olandan sonra müqəddəs ruh İsanı səhraya aparır. O, 40 gün heç nə yemir. Çox ac olur. Sonra Şeytan İsanı sınamağa gəlir. O deyir: «Əgər sən Allahın oğlusansa, de ki, bu daşlar çörəyə dönsün». Ancaq İsa Məsih Şeytana Allahın Kəlamı ilə cavab verir: «Yazılıb: “İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın dediyi hər bir söz ilə yaşamalıdır”».

Sonra Şeytan İsaya təklif edir: «Əgər sən Allahın Oğlusansa, özünü məbədin üstündən aşağı at, axı yazılıb ki, Allah mələklərini göndərəcək ki, səni tutsunlar». Ancaq İsa yenə də Allahın Kəlamı ilə cavab verir: «Yazılıb ki, Allahın Yehovanı sınağa çəkmə».

Sonra Şeytan İsaya yerdəki bütün padşahlıqları, onların şan-şöhrətini göstərib deyir: «Əgər bir dəfə mənə baş əysən, bütün padşahlıqları və onların şan-şöhrətini sənə verəcəyəm». Ancaq İsa Məsih cavab verir: «Rədd ol, Şeytan! Yazılıb ki, yalnız Yehovaya səcdə qılmaq lazımdır».

Bundan sonra Şeytan İsadan uzaqlaşır. Mələklər gəlib ona yemək verirlər. Daha sonra İsa Məsih Padşahlıq haqda xoş xəbəri təbliğ edir. O, elə bu iş üçün yerə göndərilmişdi. Camaat İsanın öyrətdiklərini xoşlayır və İsa hara gedir onun ardınca gedirlər.

«O [Şeytan] öz təbiətinə xas olaraq yalan danışır, çünki o, yalançıdır və yalanın atasıdır» (Yəhya 8:44)